"Mənim Fransanın CFA frankına qarşı mübarizəm məni məhkumluq həyatına aparan yol olub. Mən 2017-ci ildə Fransa CFA-sına qarşı mübarizəyə başlamışam".
Oxu.Az xəbər verir ki, bunu mətbuat konfransında müstəmləkəçilik və anti-imperialist mövqeləri ilə tanınan pan-afrikaçı siyasi fəal, jurnalist Kemi Seba deyib.
O, bildirib ki, CFA-nın mənası Fransa müstəmləkələrinin valyutası deməkdir:
"Bu valyutanı qurmuşdular ki, Afrika xalqlarının ixrac və idxal prosesini həyata keçirən Fransa şirkətlərinə qarşı nəzarət olmasın. Nəticədə CFA Afrika iqtisadiyyatını məhv edib".
O, Fransanın xəzinədarlıq təmsilçilərinin Afrikanın mərkəzləşdirilmiş banklarınna təmsil olunmalarına qarşı olduqlarını bildirib:
"Bununla bağlı mübarizəmizdə biz uğur da qazanmışıq. Bizim mərkəzi bankalarımızda hazırda Fransadan təmsilçi yoxdur. Bu da böyük göstəricidir. Lakin Makron müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir. Ola bilsin, onun anası Bricit Makron (arvadını nəzərdə tutur) ona məsləhətlər verir. Çünki Bricit imkan vermədi ki, biz öz valyutamızdan istifadə edək".