Neslihan Atagül - Kadir Doğulu cütlüyü körpələri ilə görüşmək üçün günləri sayırlar.
Sherg.az xəbər verir ki, ilk körpəsini qucağına almaq üçün günləri sayan Neslihan Atagül hisslərini bölüşüb. Atagül "Çox xoşbəxtik, şükürlər olsun ki, əhval-ruhiyyəmiz yaxşıdır. Açığı, çox şey demək olmaz" deyib.
Kadir Doğulunun xəbəri aldıqdan sonra 15 dəqiqə güldüyünü ifadə edən Neslihan Atagül, "Kadir 15 dəqiqə güldü, sadəcə güldü. Təbii ki, çox sevindi. Bu da bizim üçün bir az sürpriz oldu. Allaha şükür, belə bir şey olduğuna sevindim".
Məşhur aktrisa doğuşun harada olacağını da açıqlayıb: Türkiyədə olacaq, bu torpaqlarda uşaq dünyaya gətirməyi üstün tuturam".