Ancelina Coli reper sevgilisindən bir an olsun belə ayrılmır

2019-cu ildə Bred Pittlə təlatümlü evliliyinə son qoyan Ancelina Colinin adı bir müddətdir britaniyalı reper Akala ilə hallanır. İkili ötən həftəsonu bir tədbirdə tanış olublar.

Sherg.az xəbər verir ki, 49 yaşlı Ancelina Colinin müğənni Akala ilə eşq yaşadığı iddiaları uzun müddətdir ki, medianın  gündəmindən düşmür. Ancelina Colidən 9 yaş kiçik olan Akalanın İnstaqramda Colini izləməsi eşq şayiələrini yenidən alovlandırıb.

Daha əvvəl 62-ci Nyu York Film Festivalında birlikdə görüntülənən cütlük həftə sonu təşkil edilən və Ancelina Colinin aparıcılığı ilə keçirilən işgüzar tədbirdə yenidən bir araya gəlib.

Ancelina Colinin ötən ilin avqustunda Akala ilə İtaliyada oteldən çıxarkən görünməsi ikilinin sevgili olması ilə bağlı söz-söhbətləri gücləndirib.
Cütlüyə yaxın bəzi mənbələr Coli və Akalanın bir ildən artıqdır ki, görüşdüyünü iddia edir. İddiaya görə, Akala Colinin qızları Şilo və Zahara ilə ötən ilin may ayında tanış olub.