Ursula von der Leyen İranın İsrailə hücumunu pisləyib

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İranın İsrailə hücumunu pisləyib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bəyanat yayıb.

"İranın İsrailə qarşı dünənki ballistik raket hücumunu ən sərt şəkildə qınayıram. Bu cür hərəkətlər onsuz da son dərəcə qeyri-sabit vəziyyətdə olan gərginliyi artırır və regional sabitliyi təhdid edir. Mən bütün tərəfləri günahsız mülki insanların həyatını qorumağa çağırıram. Avropa İttifaqı Livan sərhədində və Qəzzada atəşkəs elan edilməsini və bir ilə yaxındır ki, bütün girovların azad edilməsini tələb etməkdə davam edir" - deyə bəyanatda bildirilib.