İran müdafiə naziri: Böyük müharibə başlayacaq!

Avropa İsrailə nəzarət etməlidir. Əks halda İranın cavabı ilə üzləşəcək və regionda (Yaxın Şərq) böyük müharibəyə başlayacaq.

Axar.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə deyib.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90%-i hədəflərini uğurla vurub. İsrail və ABŞ tərəfi isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.