Ötən gün "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarı "28 May" stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
QSC-dən bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb: "Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var".
Son zamanlar Bakı metrosunda tez-tez qatarların hərəkətində yubanmalar baş verir. Vətəndaşlar bu prossesdən narazılıqlarını bildirirlər.
Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a söyləyib ki, günün müəyyən vaxtlarında, əsasən səhər, günorta, axşam saatlarında metroda sıxlıq, insanların axını müşahidə olunur:
''Bu isə həmin vaxtlarda dərsə gedib-gələn tələbələrin, şagirdlərin və yaxud da işələyən isanların çoxluğu ilə əlaqədardır. Digər tərəfdən metroda hərəkətə mane olan vaqonlar da çoxdur. Problemin əsas səbəbi isə hərəkət istiqamətinin sıx olmasıdır. Artıq bütün stansiyalar sərnişinlərlə doludur. Həmçinin, qatarlar hərəkətdə olarkən müəyyən kəsişmələrə görə, gecikə bilir. Nəzərə almaq lazımdır ki, vaqonlar elektrik enerjisi ilə işləyir və iş prinsipinə uyğun hərəkət edirlər. Ona görə də qatarlar fəaliyyətdə olarkən bir sıra problemlərlə üzləşmələri qaçınılmazdır. Beləki mühərrikdə qızma, havalandırma və digər qurğularda nöqsanlar yarana bilər".