Geomaqnit qasırğasının hansı zərərləri var? -Ekoloqdan AÇIQLAMA

26 oktyabrda Günəşdə baş vermiş geomaqnit qasırğası 30 oktyabradək davam edəcək.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edilib ki, Günəş küləyinin 26 oktyabrda baş vermiş qasırğanın təsiri ilə sürətinin artacağı gözlənilir.

Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, geomaqnit qasırğaları Günəşdə davamlı baş verən partlayışlardan yaranır:

“Partlayışlardan ən güclü olanları Yer Atmosferinə gəlib çata bilir. Ümumiyyətlə insan oğlunun Atmosferə verdiyi böyük zərər nəticəsində Yerli Qalaktikanın zərərli axınlarından qoruyan Ozon təbəqəsinin zədələnməsi səbəbindən bu dalğalar rahatlıqla planetimizə daxil ola bilir. Digər tərəfdən geomaqnit qasırğasının fəsadları ürək-damar xəstələrinin ölümünə belə səbəb ola bilər. Həmçinin təzyiq, əsəb xəstəlikləri olanlara ciddi şəkildə təsir edə bilir. Bizim əhalimiz xüsusən xoşbəxtlikdən uzaq, əsəbi və gərgin olduğundan prosses bizə daha çox təsir edir.  Bilirsiniz ki, bizim bir-birimizə gülümsəməmiz demək olar ki, yoxdur.  Əksinə qarşı tərəfi öldürmə dərəcəsinə qədər əsəbi və gərginik. Elektromaqnit dalğaları gələndə isə daha da gərgin oluruq. Təəsüf ki, sağlıq sektorumuz da bərbad olduğundan insanlara düzgün məlumat verib, rahatlatmaq yerinə qorxunc maqnit dalğaları gəlir, xəbərləri ilə daha da pisləşdirirlər”.