Vətəndaşlar avtomobillərini qar yığınlarından çıxarmağa çalışır
Bayburt son illərin ən güclü qarlı havasını yaşyır. Qarın qalınlığı 80 santimetrə çatıb. Bələdiyyə qruplarının yol təmizləmə işləri davam edir.
Sherg.az xəbər verir ki, şiddətli qar yağışı demek olar ki, həyata mənfi təsir edib. Şəhərdə yollar bağlanıb. Vətəndaşlar öz vasitələri ilə avtomobillərini qar yığınlarından çıxarmağa çalışıblar.
3-4 günlük fasilədən sonra avtomobillərini işə salan vətəndaşlar da təmizlik işlərində qrupları müşayiət edib.
Şəhərə son illərin ən güclü qar yağdığını bildirən İsmail Bayburtlu deyib: “Uzun illərdir Bayburtda belə qar yağışı görməmişdik. Ölkəmizə sonuncu dəfə belə qar 6-7 il əvvəl yağmışdı. Hər halda bura qış ölkəsidir. Biz maşınlarımızı qar yığınından çıxarmağa çalışırıq. Çıxara bilməyəcəyimiz maşınlarımız da qalır. İşə getmək çətindir. Şərtlər bəllidir".