Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 14 nəfər, o cümlədən 1 uşaq Azərbaycana yola salınır.
APA-nın Qazaxıstandakı əməkdaşı xəbər verir ki, yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.