Bayram günlərində metropolitenin iş rejiminə dəyişiklik ediləcək
Yusif Nəzərli
14:13 30.12.2024
Cəmiyyət
602
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə və qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Sherg.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.
2025-ci il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Dekabrın 31-i və 2025-ci il yanvarın 1-də saat 07:00-dan 21:00-dək “28 May-Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək.
Yanvarın 2-dən 5-dək “28 May-Əhmədli” xəttində qatarlar saat 07:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.
“Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-i və yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər. Dekabrın 31-i gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə “Sahil”, “İçərişəhər” və “28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək. Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur.
Bayram günlərinin xoş ovqatda keçməsi üçün neqativ hallara yol verilməməsi vacibdir. “Bakı Metropoliteni” QSC sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual