
İT mütəxəssisi: Süni intellekt həm fürsət, həm də təhlükədir
13:01 26.08.2025
Texnologiya
663
“Süni intellekt geniş imkanlarla yanaşı, ciddi risklər də yaradır”.
Bunu AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) VI beynəlxalq konfransında çıxışında deyib.
Rasim Əliquliyev bildirib ki, son illərdə ortaya çıxan yeni texnologiyalar dördüncü sənaye inqilabının əsasını qoyub. Lakin ölkəmizdə süni intellektin tarixi və inkişaf mərhələləri ilə bağlı kifayət qədər məlumat mövcud deyil:
“Bu sahədə zəruri bilgilərin toplanması və ictimaiyyətə çatdırılması vacibdir”.
O, gənclərin süni intellekt və müasir informasiya texnologiyaları ilə bağlı daha dolğun biliklər əldə etməsinin önəmini vurğulayıb:
“Gənclərə anlatmalıyıq ki, istifadə etdiyimiz texnologiyalar birdən-birə yaranmayıb, onların uzun bir inkişaf tarixi var. Mən məsuliyyətlə deyirəm ki, bu istiqamətdə hələ görüləsi çox işlərimiz var. İnformasiya texnologiyaları və İdarəetmə Sistemləri ilə bağlı Azərbaycan alimlərinin son 60 ildə apardığı araşdırmaları sistemləşdirərək cəmiyyətə təqdim etməliyik”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, süni intellekt haqqında danışanda biz həm böyük imkanları, həm də riskləri nəzərə almalıyıq:

“Bir tərəfdən, bu texnologiya bir çox işləri asanlaşdırır, insanlar üçün vaxt qazandırır, təhsildə fərdi yanaşma yaradır, elmdə isə böyük məlumatların analizini sürətləndirir. Digər tərəfdən, bəzi peşələr artıq süni intellekt tərəfindən əvəz olunmağa başlayır. Bu da əmək bazarında yeni bacarıqlara tələbi artırır. Kibertəhlükəsizlik baxımından da süni intellekt həm fürsət, həm də təhlükədir. O, hücumları daha da mürəkkəbləşdirə, real görsənən saxta videolar və mesajlar hazırlaya bilər. Bu, insanları aldatmaq riskini çoxaldır. Bunun qarşısını almaq üçün həm dövlət, həm də şirkətlər süni intellektdən istifadəyə dair qaydalar hazırlamalı, təhlükəsizlik sistemlərini gücləndirməli, vətəndaşlar isə daha diqqətli olmalıdır. Təhsil və elm sahəsində isə süni intellekt böyük üstünlüklər gətirir. Belə ki, hər bir tələbəyə fərdi yanaşma imkanı verir, müəllimlərin iş yükünü azaldır, elmdə yeni kəşfləri sürətləndirir. Ən əsası isə süni intellekt bizə göstərir ki, gələcəkdə uğurlu olmaq üçün daim öyrənməli və yeni texnologiyalara uyğunlaşmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm