ABŞ-də xarici jurnalistlər və tələbələr üçün viza qaydaları sərtləşdirilə bilər
00:43 28.08.2025
Dünya
311
ABŞ Daxili Təhlükəsizlik Departamenti xarici jurnalistlər, tələbələr və mübadilə ziyarətçiləri üçün ölkədə qalma müddətinin məhdudlaşdırılmasını təklif edib.
Bu barədə "Report" departamentin bildirişinə istinadən məlumat yayır.
Mövcud ölkə qanunlarına görə, bu kateqoriyadan olan şəxslər I, F və J vizalarını alırlar ki, bu da onlara ölkəyə girişin məqsədləri və şərtləri yerinə yetirildiyi müddətdə ABŞ-də qalmağa imkan verir.
Məsələn, şəxs mediada işləməyə və ya universitetdə oxumağa davam etdiyi müddətcə ölkədə qala bilər. Əksər hallarda isə bu cür vizaların etibarlılıq müddəti yoxdur.
Qurum əcnəbi jurnalistlərin ölkədə qalma müddətinin 240 gündən çox olmamaq şərti ilə məhdudlaşdırılmasını, sonra isə zərurət yarandıqda müddətin uzadılmasını təklif edir.
Çin vətəndaşları üçün yuxarıda göstərilən müddətin 90 günlə məhdudlaşdırılması təklif olunur.
Təhsil və ya mübadilə proqramı əsasında ABŞ-də gələnlər dörd ildən çox olmamaqla ölkədə qala biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə