5 yaşlı qızcığazın davranışları dəyişdi, danışmağa başladı
Məlahət Rzayeva
07:43 11.03.2021
Cəmiyyət
719
Küçəyə atılmış Nərgiz atadan deyil, anadan şiddət görüb
"Əgər ananın anlaqlı olmadığı bir daha təsdiqlənərsə, valideynlik hüququ ataya veriləcək"
Küçədə köməksiz vəziyyətdə tapılmış 5 yaşlı qızcığaz hazırda Azərbaycan Uşaqlar Birliyinin Uşaq Reinteqrasiya Mərkəzindədir. Onunla birlikdə 4 yaşlı bacısı və yaş yarımlıq qardaşı da Mərkəzdə qalırlar.
Uşaqların durumu barədə “Şərq”ə danışan AUB-nin sədri və mərkəzin direktoru Kəmalə Ağazadə qeyd etdi ki, əvvəlki günlərə nisbətən 5 yaşlı Nərgizin davranışlarında müsbət dəyişikliklər var:
- Uşaq bizim sığınacağa təhvil veriləndə danışmırdı, sorğulara cavab vermirdi, ətrafda baş verənlərə reaksiyası zəif idi. Onunla lazımi iş aparıldı. Həkim müayinəsindən keçirildi, mütəxəssislər onunla söhbət etdilər, nervopotoloq Elşən Qarayev müalicə təyin etdi. İndi Nərgizdə müsbət dəyişikliklər var artıq. Bacısı, qardaşı da sığınacaqdadır. Və onlara da lazımi qulluq və qayğı göstərilir. Sığınacağa yerləşdirildiyində uşaqların qorxu içində olmaları, ünsiyyətə girməmələri onların evdə şiddət gördüklərini deməyə əsas verir.
“Uşaqlar ana tərəfdən, yoxsa atadan şiddət görüblər” sualına cavabında K.Ağazadə qeyd etdi ki, uşaqlar ataları haqqında pis söz demirlər:
- Uşaqların danışığından belə anlaşılır ki, analarından şiddət görüblər. Ataları haqqında pis danışmırlar. Yaxşı sözlər deyirlər. Mən ata ilə söhbət etmişəm. Normal təsir bağışlayır. Düzdür, hazırda işsizdir, lakin işləyən adamdır, işi olub, qazanc gətirib. Hətta mən onu qınadım ki, görürdünüz qadın xəstədir, niyə dünyaya övlad gətirirdiniz?! Məlumdur ki, qadın dördüncü övladına hamilədir hazırda. Uşaqların atası mənə dedi ki, yoldaşının xəstəliyi 2-ci övladları dünyaya gələndən sonra üzə çıxıb. Amma mənə verilən digər məlumatlara görə, qadında belə bir xəstəlik əvvəldən var imiş.
K.Ağazadə valideynlik hüququnun böyük ehtimalla ataya veriləcəyini söylədi:
- Anada ruhi-əsəb xəstəliyi varsa, sözsüz ki, valideynlik hüququ ataya verilməlidir. Qadın bundan əvvəl də müalicə alıb. Hazırda da müalicə alır. Əgər ananın anlaqlı olmadığı bir daha təsdiqlənərsə, valideynlik hüququ ataya veriləcək. Buna müvafiq icra hakimiyyəti orqanı yanında Qəyyumluq şöbəsi qərar verəcək. Uşaqlar hələ ki sığınacaqdadırlar. Nə qədər burda qalacaqlar, buna da icra orqanı qərar verməlidir.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, Naximov küçəsində köməksiz vəziyyətdə tapılmış 5 yaşlı qız uşağı Uşaq Reinteqrasiya Mərkəzinə gətirilib. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində qızın valideynləri tapılıb. Məlum olub ki, beş yaşlı uşağın anası psixi cəhətdən sağlam deyil.
İntensiv axtarışlar nəticəsində onun valideynlərini tapmaq mümkün olub. Bu da məlum olub ki, beş yaşlı Nərgiz evin tək uşağı deyil, dörd yaşlı, Dəniz adlı bacısı və yaşyarımlıq Əziz adlı qardaşı var. Uşaqların atasının kimliyi müəyynələşib və o, Xətai İcra Hakimiyyətinə yönləndirib. Müvafiq sərəncam əsasında 3 uşaq sığınacağa yerləşdirilib. Hazırda atalarının yazılı razılığı ilə Nərgizin bacısı ilə qardaşı da sığınacaqda qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya