Acı həqiqət:“Heç bir aptek qaziyə dərmanı pulsuz vermir" - Video
Fidan Həmişəyeva
15:12 12.03.2021
Cəmiyyət
846
Vətən müharibəsində iştirak edərək ayağını itirmiş qazimizin Feysbukda videosu yayılıb. Qazi ayağının dizdən aşağı hissəsinin kəsildiyi üçün ona 3-cü qrup əlillik dərəcəsinin təyin edildiyini söyləyir:
“Aidiyyəti qurumlar üçün bunun heç bir əhəmiyyəti yoxdur. Gərək götürüb balta ilə ayağımı dizimdən kəsim ki, mənə 1 və yaxud 2-ci qrup əlillik versinlər? Dövlət Sosial Müdafiə Fondu düşündü ki, ayağımı harada və necə itirmişəm?”.
Ölkəmizin gündəmini zəbt edən mövzulardan biri qazilərimizə qarşı olan haqsızlıqlardır. Yenə də əlillik dərəcəsi düzgün təyin edilməyən və dəyər verilməyən Qarabağ qazisinin videosu yayılıb. Ortaya belə bir sual çıxır: Vətən müharibəsində iştirak edib can qoyan, əlil olan qəhrəman oğullarımıza dəyər vermək bu qədərmi çətindir?
Baş verənləri “Sherg.az”a şərh edən “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, Qarabağ qazisi Firidun Məmmədov bildirib ki, qazilərin problemləri ilə maraqlanmaq lazımdır:
“Onların hər cəhətdən sıxıntıları var. Deməli, dövlət müharibəyə yetərincə hazırlaşsa da, orada iştirak edənlərlə bağlı atılacaq addımlarla bağlı tam işlər görülməyib. Bu da təbiidir. Çünki müharibədə nə qədər insanın qazi olacağını müəyyənləşdirmək çətin idi. 300 min nəfər müharibəyə səfərbər oldu, 200-mindən artığı aktiv döyüşlərdə iştirak etdi. 17 min nəfər müxtəlif formalarda güllə yarası aldı, 11min nəfər stasionar qaydada müalicə olundu, 3 minə yaxını isə şəhid oldu. Müvafiq strukturlar hələ ki həmin şəxslərin probleminin öhdəsindən gəlməyə çalışırlar. Lakin proqram tam formalaşmadığı üçün ciddi problemlər yaşayırıq”.
Birlik sədri qeyd edib ki, əsas şikayətlər icra hakimiyyətləri və bələdiyyələrdəndir:
“Problemi yalnız dövlət strukturlarının üzərinə atmaq olmaz. Baş verənlərdə sevgi amili, vətənpərvərlik rol oynamalı, “hər kəs əlini daşın altına qoymalıdır”. Hamı bilir ki, heç bir aptek qaziyə dərmanı pulsuz vermir. İmkanı olan qonşu və qohumlar könüllü olaraq yardım etməlidir. Necə ki, müharibə vaxtı bütün xalq birlik nümayiş etdirdi. Təbii ki, dövlət də ciddi islahatlar aparmalıdır”.
F.Məmmədov qeyd edib ki, həqiqətən də torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş gənclərin rahat yaşamasını istəyiriksə, dövlət tərəfindən çox radikal və cəsarətli islahatlar həyata keçirilməlidir:
“Amma bu islahatlar aparılmır. Sadəcə müəyyən işlər görüldü, müvafiq yardım fondlar yarandı. Lakin bu, sadəcə dövlətin edə biləcəyi işlərdir. Könüllü ianələrin verilməsinə fikir vermək lazımdır. Bir sözlə, hər kəs qazilərimizin rahat yaşaması üçün işlər görməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat