
Ailədaxili qətllərin müasir səbəbi: Sosial şəbəkələr - Artıq qadınlar da...
Yusif Nəzərli
13:11 10.08.2023
Cəmiyyət
606
"Qadının həyat yoldaşını öldürməsi kimi analoji hadisələr cinayətkarlığın sosioloji təhlili predmetinə aid bir problemdir. Azərbaycan cəmiyyəti üçün də aktuallıq kəsb edir".
Bunu "Sherg.az"a sosioloq Ağasəlim Həsənov Sumqayıtda bir qadının həyat yoldaşını öldümərkdə ittiham olunmasından danışarkən deyib. Onun sözlərinə görə, son on illiklərdə cəmiyyətimizdə fərdlər arası münasibətlərdə aqressiv meyillərin getdikcə artması müşahidə edilir:

"Ailədaxili mübahisələrin bir çox səbəbləri var. Cinayətkarlığın sosioloji təhlili toplumun fərdlər arası münasibətlərində kifayət qədər aqressiv davranışlar sərgilədiyini ortaya qoyur. Aqressiv davranışlar müxtəlif amillərdən doğur. Ümumiyyətlə, son vaxtlar sosial-psixoloji adaptasiya, qarşılıqlı anlaşma, bir-birinin maraqlarını gözləmək, qarşılıqlı hörmət, gözləntilər, gözləntilərə müvafiq olan davranışlar mənfiyə doğru getməkdədir. Nəticədə də sosial-psixoloji gərginlik artır, sonra aqressiv davranışlar da qaçılmaz olur. Bu kimi bədbəxt hadisələrdə qətli kimin törətməsi önəmli deyil. Doğrudur, çox vaxt kişilərin qadınları öldürməsi xəbərlərini oxuyuruq. Çünki fiziki cəhətdən onlar daha üstündür. Amma zaman keçdikcə bu hadisələrlə qadınların da cinayət törətməyə meyilləndiyini görürük. Onlar da öz fiziki imkanları çərçivəsində qarşı tərəfdən qisas almağa çalışırlar. Münaqişələrin səbəbləri sırasında sosial-iqtisadi çətinliklər, sosial-psixoloji uyğunsuzluqlar, cütlüklər arasındakı kəskin yaş fərqi əsas yeri tutur. Bəzən təəssüf ki, müasir informasiya texnologiyalarının sürətli inkişafının yaratdığı imkanlardan neqativ istiqamətdə yararlanırlar. Məsələn, hər iki tərəf sosial şəbəkələrə daxil olub, digər fərdlərlə əlaqələr qurur. Dərinləşən münasibət fonunda ortaya müxtəlif tipli problemlər çıxır. Nəticədə münaqişələr yaranır. Sonda da müxtəlif fiziki zorakılıqlar, işgəncələr, qətl hadisələri törədilir. Cəmiyyət olaraq, yeganə çıxış yolu maariflənməkdir. Ailə, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi lazımdır. Digər tərəfdən sosial iş mütəxəssisləri ailələrlə söhbətlər aparmalıdırlar. Potensial, ailədaxili münaqişələrə meyilli, daim gərginlik müşahidə olunan ailələr diqqətdə saxlanılmalıdır".
Qeyd edək ki, Sumqayıtda üç ayın gəlini öz həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir. Hadisə şəhərin Corat qəsəbəsi Dadaş Xaliqoğlu küçəsində qeydə alınıb. Məlumata görə, Ağahüseyn İmanov üç ay imiş Əfsanə Məmmədova ilə ailə qurubmuş. Həbsdən bir müddət öncə çıxan Hüseynin ailəsində hələ bu günə qədər söz söhbət olmadığı bildirilir. Evin tək uşağı olub. Valideynlərini cavan ikən itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kabaçı kimi işləyirmiş.Məlumat üçün bildirək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya