Dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.
Ailədə isti nəvaziş görəcəklər
20:31 15.03.2021
Cəmiyyət
527
Uşaqların qohumlar tərəfindən övladlığa götürülməsi daha məqbuldur
Azərbaycanda övladlığa götürmə asanlaşdırılır. Bu, Ailə Məcəlləsində dəyişiklikdə öz əksini tapıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Prezidentin 2018-ci ildə "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.
Dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.
Mövzuya münasibət bildirən "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Şərq"ə açıqlamasında bildirib ki, övladlığa götürmək istəyən qohumlar üçün övladlığa götürmə prosedurunun asanlaşdırılması çox təqdirəlayiqdir. G.Səfərova hesab edir ki, yad insanlara verilən uşaqların çox zaman özləri barədə bilgiləri geniş olmur:
"Bu da sonda xoş olmayan nəticələrə gətirib çıxarır. Sirr deyil ki, son zamanlar belə uşaqlar televiziyalarda öz ailələrinin axtarışına çıxırlar. Çox zaman müşahidə edirik ki, onlar ümumiyyətlə, özləri haqqında heç bir bilgiyə sahib deyillər.
Çünki bu bilgilər illərlə məxfi saxlanılır. Amma qohum tərəfindən götürüləndə, bu, uşaq üçün də rahat olur. Onlar artıq nəsli, ailəsi, ata-anası haqqında ətraflı bilgiyə sahib olurlar.
Məsələn, onlara məlum olur ki, valideynləri ya atıb, ya da ki, rəhmətə gediblər. Bir məsələ də var ki, qohumlar övladlığa götürəndə onlar o uşaqlara daha yaxşı sahib çıxırlar. Bu məsələdə gen də mühüm rol oynayır.
Yəni uşaqlar o auraya uyğun böyüyür. Bu da uşaqların gələcəyi üçün daha məqbuldur. Bəzən müşahidə edirik ki, hər hansısa bir yad ailə övladlığa uşaq götürür, amma onlarda bu, o qədər də uğurlu olmur. Amma tanıdığım elə ailələr də var ki, uşaq evindən onlar övlad götürüblər və onu özünə uyğun tərbiyə ediblər. Hətta o uşağa ali təhsil də veriblər.
Amma hesab edirəm ki, uşaqlar qohum tərəfindən götürülsə, bu, gələcəkdə uşaqların həm fiziki, həm də mənəvi inkişafı üçün daha yaxşı olar. İlk növbədə həmin ailələrdə uşağa qarşı isti münasibət olacaq. Təbii ki, burada hansısa məcburiyyətdən söhbət getmir. Ona görə də qohum tərəfindən övladlığa götürməni müsbət qarşılayıram və bunun daha məqsədəuyğun olduğunu hesab edirəm".
G.Səfərova əlavə edib ki, ancaq qohumların bir-birinə uşaq verməsini müsbət qarşılamır:
"Bəzən ailələr arasında danışıqlar olur və uşağı olmayana uşaq verirlər. Bu proseduru müsbət qarşılamıram. Çünki həmin ailələr arasında münasibət pozulanda uşaq dərhal ortada bir alətə çevrilir.
O baxımdan bunu o qədər də xoş qarşılamıram. Amma doğrudan da normal olacaqsa, o zaman qan daşıyıcılığı müsbət izini buraxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya