AYNA: Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
AYNA: Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
10:24 15.03.2024
Cəmiyyət
531
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 18-dən 26-na kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"APA-Economics"in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbərinə görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların satış kassalarından əldə edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət