
AZAL bacarmır -Ekspertdən sərt tənqid
AZAL bacarmır -Ekspertdən sərt tənqid
Yusif Nəzərli
12:07 04.08.2024
Cəmiyyət
740
Hava limanında əsl xaos yaşanır
Limanın və personalın potensialı bu qədər sıxlığa öyrəşməyib
“Narazılıqlar arxasında dayanan əsas amil quru sərhədlərinin bağlı olmasıdır”
Əməkdar artist Əkbər Əlizadə hava limanında dava edib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Aktyor təyyarənin uçuşu gecikdiyi üçün etiraz edib. Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub.
Aeroportda qalan aparıcı və digər sərnişinlər hava yolları şirkət narazılıqlarını bildiriblər ki, niyə bu qədər vaxt ərzində insanları sağdan- sola, soldan-sağa aparırlar: “Səbəbi nədir? Onu istəyirsiniz ki, mətbuata yayaq? Boğazımızdan kəsib, pul verib istirahətə gedirik. Burnumuzdan gətirdiniz”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, problemlərə səbəb uçuş edən sərnişinlərin sayının çox olmasıdır:

“Düzü, mən hava limanında bu cür problemlərlə çox qarşılaşmamışam. Bu hadisə barəsində də xəbərsizəm. Zənnimcə, paytaxtdan uçuş edən sərnişinlərin sayı çox olduğuna görə sıxlıq və gecikmələr müşahidə oluna bilər. Hava limanının və personalın potensialı isə bu qədər sıxlığa öyrəşməyib. Ona görə də narazılıqlar yaranır. Onu deyə bilərəm ki, məsələnin arxasında dayanan əsas amil quru sərhədlərinin bağlı olmasıdır. Əgər qonşu ölkələrlə sərhədlərimiz açıq olsaydı, Gürcüstanda, Türkiyədə istirahət etmək istəyən insanların əksəriyyəti quru yolu ilə gedəcəkdi. O zaman da hava limanında bu cür qarışıqlıq və narazılıq olmayacaqdı”.
Qeyd edək ki, 2020-ci ilin martından etibarən Azərbaycanın quru sərhədləri bağlıdır. Nazirlər Kabineti sonuncu dəfə 2024-cü ilin martında 1 oktyabr 2024-cü ilədək quru sərhədlərin bağlı qalması haqqında qərar qəbul edib.
N.Cəfərli sərhədlərin bağlı qalmasının sosial-iqtisadi fəsadları barəsində dəfələrlə məsələ qaldırdığını deyib:
“İllərdir deyirik ki, quru sərhədlərin uzun müddət bağlı qalması böyük sosial kütlələrə, onların həyat tərzinə, dolanışığına, mikro və kiçik biznesə, fərdi sahibkarlığa mənfi təsir göstərir. Quru sərhədləri açılmalıdır. Təhlükəsizlik məsələləri isə aidiyyəti dövlət qurumları tərəfindən çevik şəkildə idarə edilə və tənzimlənə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya