Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib
Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib
Yusif Nəzərli
13:25 31.03.2023
Cəmiyyət
737
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni təyinat alan qadın dini ayinlərin icraçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, qadın dini ayinlərin icraçısı - imamın tapşırığına əsasən, islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin, eyni zamanda dini mərasimlərin icrasını həyata keçirən şəxsdir.
M.Qurbanlı diqqətə çatdırıb ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir.
Görüş zamanı mövcud dini durum, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət, dini abidələrə və din xadimlərinə qayğısı haqqında da danışan komitə sədri ölkəmizdə mövcud olan dini vəhdətin, tolerantlığın, multikulturalizmin, qarşılıqlı anlayış mühitinin qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.
Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər”, “Xanım Fatimeyi-Zəhra”, Yasamal rayonu “İlahiyyat”, Sumqayıt şəhəri “Cümə”, Ceyranbatan yaşayış massivi “Ceyhun xanım və Hacı Əhməd”, Neftçala şəhəri “Sahibəz-Zaman”, Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra”, Saatlı rayonu “Sımadakənd”, Şəki şəhəri “Mərkəzi Cümə”, İsmayıllı rayonu “Cümə” məscidlərinə təyin olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə