Azərbaycanda 6 uşağa Nikol adı qoyulub
Yusif Nəzərli
20:18 08.04.2022
Cəmiyyət
627
Bu adı daşıyan körpələrin milliyəti açıqlanmayıb
Əhməd Qəşəmoğlu: "Körpəyə ad qoyanda onun səslənməsinə, daşıdığı mənaya, körpə böyüdükdə onda hansı təsirləri yarada biləcəyinə diqqət edilməlidir"
Azərbaycanda bir neçə körpəyə Nikol adı verildiyi məlum olub. Bu adın hansısa körpəyə məhz Ermənistanın Baş naziri Nikol Paşinyana görə verildiyini hətta ötəri olsa da ehtimal etməyin özü belə əskiklik olardı. Ən azından ona görə ki, cənab Prezidentin “nə oldu Paşinyan?!” ritorik sualı bundan sonra Azərbaycan xalqının tarix boyu dilinin əzbəri qalacaq.
Amma hər halda maraqlıdır, körpəyə Nikol adı verənlər kimlərdir? Böyük ehtimalla bu ada istinad edənlər qeyri-azərbaycanlı, bəlkə də ölkəmizdə çalışan əcnəbilər, ya da xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının, nümayəndəliklərinin əməkdaşlarıdır. Ədliyyə Nazirliyinin məlumatında bildirilir ki, son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub. Nikol adı verilən körpələrin 2-si 2018, 2-si 2019, 2-si isə 2020-ci ildə doğulub. Qeyd edək ki, Nikol adı bir sıra ölkələrdə həm qıza, həm də oğlana qoyulur. Nikol adını daşıyan körpələrin milliyəti isə açıqlanmayıb. Nikol adından əlavə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə Nikolas adı verilib.
Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən sosioloq Əhməd Qəşəmoğlu insanın həyatında adın qeyri-adi təsirə malik olduğunu dedi:
- İnsan öz adına köklənir. Yaşadığı ömrü hələ demirəm, gün ərzində, bir insan neçə dəfə adıyla çağrılır. Bu ad insana doğmalaşır, insan adın təsiri ilə formalaşmış energetik sistemə köklənir. İnsanların böyük əksəriyyəti adından xoşlanır. Bəzi adlar var ki, onların uşağa verilməsi düzgün deyil, yaxşı səslənmir, mənası da müsbət deyil, bəli, bu adlardan insanlar narazı qalırlar, onu dəyişmək istəyirlər, imkan yarandıqda da dəyişirlər. Müqəddəs kitabımız “Qurani-Kərim”də də Rəbbimiz buyurur ki, valideynin övlad qarşısında bir borcu da ona gözəl ad qoymaqdır. Çünki körpəyə qoyulan ad ömrü boyu onunla yanaşı addımlayacaq, onu təqib edəcək. Ona görə də çalışmaq lazımdır ki, körpəyə gözəl səslənən, mənalı ad qoyulsun. Adın insan həyatına təsiri böyükdür. Adlar insanın xarakterini formalaşdırır. İnsan adının yaratdığı müsbət assosiasiyaya uyğun davranmağa çalışır. Qeyri-adi adlarla bağlı bir-iki faktla qarşılaşmışam. Bir qadın vardı, Qərbi Azərbaycandan, mən onun vəsiqəsində adını oxudum, çox mütəəssir oldum. Elə ad yazılmışdı ki, onu səsləndirməyə utanıram. Düşünürəm, bəlkə də Ermənistanda onun adını düzgün yazmamışdılar. Ya bilərəkdən təhrif etmişdilər, ya da bilməzə səhv yazılmışdı, amma mənası, səslənməsi çox biədəb idi. Bir dəfə də qeyri-adi adla rastlaşmışam. Ailədə 2 oğuldan birinə Vaşin, digərinə Qton adı verilmişdi. Məlum oldu ki, atası bu uşaqların adını Corc Vaşinqtonun şərəfinə belə adlandırıb. Belə hallar cahilliyin, savadsızlığın, övladın gələcəyini düşünməməyin nəticəsidir.
Ə.Qəşəmoğlu insanların ad seçimində oxuduqları kitablardan, izlədikləri filmlərdən, yaxud da yaşadıqları dövrdə baş verən siyasi-ictimai, tarixi hadisələr zamanı önə çıxan simaların adlarından təsirlənə bildiyini də vurğuladı:
- Məsələn, sovet vaxtı, 60-70-ci illərdə Hind filmləri çox nümayiş olunurdu. O zaman bir çox ailələr qız övladlarına Rita, Zita adını verirdi. Bir zamanlar SSRİ-də qız uşaqlarına Ninel adı çox qoyulurdu, demə bu, Lenin adının tərsinə oxunuşuymuş. Övladına Stalin adını verənlər olub və sair. Son illərdə isə Türkiyədə populyar olan adları körpələrə qoyurlar. Bu da hər zaman uğurlu alınmır. Baxır ada, onun səslənməsinə və daşıdığı mənaya. Bir dostum qızına Filiz adını vermişdi. Hansısa dizidəki “Filiz” xarakterinə görə. Dedim, uşağa niyə metal adı qoymusan, güldü ki, nə bilim, Filiz adından xoşum gəlirdi, ona görə bu adı verdim. Sonra qızın adını dəyişdi. Azərbaycan türkcəsində filiz təbii mineral birləşmədir. Məsələn, “dəmir filizi yataqları” deyirik. Amma Türkiyədə filiz bir bitkinin böyüməsi, bitkinin qol-budaq, rişə atması anlamındadır. Azərbaycanda Filiz adı səslənəndə əksəriyyətdə bu, dəmir filizi kimi assosiasiya edəcək. Körpəyə ad qoyanda onun səslənməsinə, daşıdığı mənaya, körpə böyüdükdə onda hansı təsirləri yarada biləcəyinə diqqət edilməlidir. Bu sahədə əhalinin maariflənməsinə ehtiyac var. Çünki ad insanın həm də taleyini həll edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya