Azərbaycanda ən populyar internet brauzeri...

Cari ilin iyun ayında "Quql Xrom" Azərbaycanda 80,28 faiz bazar payı ilə istifadəçilər arasında ən populyar internet brauzeri olaraq liderliyini qoruyub saxlayıb.

Axar.az xəbər verir ki, "Global Stats" Statistika Mərkəzinin məlumatına görə, "Quql Xrom"un bazar payı əvvəlki ayla müqayisədə 0,76 faiz bəndi azalıb.

Bu dövrdə "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 7,07 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,18 faiz bəndi azdır.

Siyahıda növbəti yeri "Firefoks" internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,45 faiz bəndi artaraq 5,04 faizə yüksəlib.

Hesabat dövründə "Samsunq" internet brauzerinin bazar payı 1,16 faiz bəndi artaraq 4,56 faizə çatıb, "Opera" brauzerinin payı isə 0,79 faiz bəndi azalaraq 1,04 faiz təşkil edib.

"Edge" internet brauzerinin bazar payı da hesabat dövründə 0,07 faiz bəndi artaraq 1,51 faizə yüksəlib.