Azərbaycanda ət istehsalı azalmayıb - RƏSMİ
10:00 16.08.2019
Cəmiyyət
425
Son günlər, ölkəyə ət idxalının artımı, yerli ət istehsalının azalması və ətin qiymətinin qalxacağı ilə bağlı mətbuatda əsassız şərhlərə rast gəlinir.
Bunu Lent.az -a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadəbildirib.
Bu məsələ ilə bağlı bir neçə dəfə açıqlamalar verdiklərini xatırladan direktor, bir sıra məqamlara toxunub: “Bu ilin 7 ayı ərzində ölkəyə 20,6 min ton quş əti, 5,2 min ton dondurulmuş mal əti idxal olunub. Ancaq bu mətbuatda daha çox mal ətinin idxalının artımı kimi təqdim olunur. İkincisi, quş əti idxalının artımı yanlış olaraq ümumi ət idxalının artımı kimi təqdim olundğuna görə, “ekspertlər” buna izah da tapıblar ki, bəs demiyəsən pambıq sahələri genişləndirildiyinə görə ət istehsalı azalıb. Əvvəla, pambıq sahələrinin genişlənməsi 2018-ci ilə qədər gedib (bu il 30 min ha azlıb), həmin ildə də mal əti idxalı 9,2 min tondan 8,3 min tona düşüb. Digər tərəfdən, dediyimiz kimi, idxal olunan daha çox sənaye üsulu ilə quş ətidir ki, bunun da pambıqla heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Comtrade beynəlxalq ticarət məlumatları bazasına əsasən, ölkəyə idxal olunan ət məhsullarının həcmi 2014-cü ildə 110 milyon dollar, 2015-ci ildə 63 milyon dollar, 2016-cı ildə 39 milyon dollar, 2017-ci ildə 62 milyon dollar, 2018-ci ildə isə 67 milyon dollar olub”.
Direktor qeyd edib ki, ortamüddətli dövr üzrə ölkəyə ət idxalında real olaraq azalma trendinin olduğunu demək daha doğrudur. Onun sözlərinə görə, ölkəyə idxal olunan quş ətinin və dondurulmuş mal ətinin istehlak təyinatında böyük xüsusi çəki emal və turizm sənayesinə məxsusdur: “Kim son illərdə mağazadan hardansa idxal olunmuş quş əti alıb? Bizə idxal olunan quş əti əsasən emal təyinatlı bud və filedən ibarətdir. Bu sənaye sahələrinin inkişaf tələbatına uyğun olaraq ölkəyə quş ətinin və dondurulmuş mal ətinin idxalı da davam edəcək. Yeri gəlmişkən, ABŞ-a 5 milyard dollarlıq, Almaniyaya 8 milyard dollarlıq, Hollandiyaya 4,6 milyard dollarlıq, Fransaya 5,8 milyard dollarlıq ət idxalının da əsas istehlak təyinatı emal və turizm sənayesinin tələbatına əsaslanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region