Azərbaycanda həbs edilən sabiq icra başçısının müsadirə edilən əmlakları - SİYAHI
Yusif Nəzərli
06:00 16.04.2022
Cəmiyyət
270
Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov, onun birinci müavini olmuş Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Natiq Kərimovun müsadirə edilən əmlaklarının siyahısı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, həmin şəxslərin bir neçə əmlakı xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb.
Müsadirə edilən əmlakların siyahısını təqdim edirik:
Ceyhun Cəfərov (həbsdə olan sabiq icra başçısı)
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın I sektor 2 saylı bağ sahəsində yerləşən 0,0370 ha torpaq sahəsi,
Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi;
Tacəddin Novruzov
Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi;
Natiq Kərimov
Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri,
Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi,
Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi,
Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi,
Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi,
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi,
Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil,
Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kvadratmetr qeyri-yaşayış binası.
Hökmdə qeyd edilib ki, Baş Prokurorluğunun depozit hesabında saxlanılan Kürdəmir rayon Kommunal Müəssisələr kombinatının sabiq direktoru Məhəmmədəli Surxayev tərəfindən ödənilmiş 14 000 manat məbləğində pul vəsaiti, Ceyhun Cəfərov tərəfindən ödənilmiş 101 949 manat məbləğində pul vəsaiti dövlət nəfinə keçirilsin.
Xatırladaq ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan süni yağışla bağlı pilot layihə hazırlayır
16:53 24.02.2026
Ekologiya
Azərbaycanda geyim istehsalı 4%-ə yaxın artıb
16:34 24.02.2026
İqtisadiyyat
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
16:11 24.02.2026
Aktual
Qırğızıstana müvəqqəti kənd təsərrüfatı naziri təyin edildi
15:46 24.02.2026
Dünya
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
15:44 24.02.2026
Ölkə
SEPAH İranın cənubunda təlimlər keçirir
15:33 24.02.2026
Dünya
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
15:29 24.02.2026
Hadisə
Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
15:10 24.02.2026
Hadisə
Fatimə Mohacerani: Diplomatiyaya da, müharibəyə də hazırıq
15:02 24.02.2026
Dünya
Antonio Koşta: İndi Rusiya ilə danışıqlar üçün doğru zaman deyil
14:59 24.02.2026
Dünya
Ötən ay Azərbaycanda şəkər istehsalı kəskin azalıb
14:50 24.02.2026
İqtisadiyyat
Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH
14:08 24.02.2026
Gündəm
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib
13:26 24.02.2026
Hadisə
Rusiya Avropada elə yerlərdə mülklər alır ki...
13:22 24.02.2026
Dünya