Bakıda ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək
Bakıda ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək
Yusif Nəzərli
13:21 07.06.2023
Cəmiyyət
587
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq 17-22 iyunda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək.
TƏBİB-dən "Sherg.az"a verilən məlumata görə, simpozium Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində təşkil edilir.
Əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.
Simpoziumda dünyanın 14 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edəcəklər.
Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumunun iştirakçıları arasında müxtəlif ölkələrdən paytaxtımıza gələn 100-dən çox cərrah, transplantoloq, neyrocərrah, klinik embrioloq, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt və bu kimi digər ixtisas mütəxəssisləri təmsil olunacaqlar.
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf edən Simpoziumun təntənəli açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.
19 iyun tarixində xaricdən gələn azərbaycanlı həkimlərin iştirakı ilə Bakı, Sumqayıt, Lənkəran və Qubada yerləşən TƏBİB-in tabeli tibb müəssisələrinə səfərlər təşkil olunacaq. Səfər çərçivəsində tibb müəssisələri ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi baş tutacaq.
20-21 iyunda isə tibb sahəsinin yeniliklərinə və aktual mövzularına həsr olunan Simpozium öz işinə başlayacaq. Panel müzakirələri çərçivəsində müxtəlif tibbi mövzulara ("Tibdə innovasiyalar - yeni dərman və tibb vasitələrinin, bioloji preparatların inkişafı", "Xəstələrə qayğı prosesində "ChatGPT" potensialından istifadə imkanları", “Robotik cərrahiyyə", "Robototexnika və naviqasiyanın spinal neyrocərrahiyyədə tətbiqi", "Nevrologiyada non-invaziv müalicə metodlarının müasir aspektləri", "Süni intellektin erkən diaqnostikada yeri", "Orqan transplantasiyası - uşaqlığın köçürülməsi", "İnsan orqanlarının 3D printerdə çap edilməsi", "Müasir tibbi genetika sahəsində diaqnostikada istifadə edilən qabaqcıl metodlar və cihazlar", "Reabilitasiyada virtual reallığın tətbiqi", "Virtual reallıq eynəklərinin cərrahiyyədə tətbiqi", "Molekulyar genetik metodların tibdə tətbiqi”) yer veriləcək.
22 iyunda isə xaricdə yaşayan və çalışan azərbaycanlı həkimlərin Şuşaya səfəri nəzərdə tutulub.
Qeyd edək ki, tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-in tabeli tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanır.
Xaricdə təhsil alan və çalışan həkim-mütəxəssislərin cəlb olunmasına hesablanan "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram" çərçivəsində müxtəlif ixtisaslar üzrə 100-dək həkim-mütəxəssis hazırda dövlət tibb müəssisələrində çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət