Bəs məscidlər niyə açılmır? - Tural İrfan yazır
14:02 01.04.2021
Cəmiyyət
1137
Bir neçə gün öncə Milli Cəbhə Partiyasının sədri, dəyərli millət vəkili Razi Nurullayev məscidlərin açılmalı olduğunu vurğuladı. İlahiyyatçı olaraq mən də o fikri dəstəkləyirəm. Pandemiya şərtlərini çox təəssüf ki, çox zaman mütəxəssislər və həkimlər yox, aidiyyatı olmayan qurumlar və şəxslər müəyyən edir. Bu da ola bilsin dünyada gedən hansısa qaranlıq siyasətlərin nəticəsindədir. Ölkəmizdə də müəyyən qədər bu mövzuda pərakəndəlik var. Ümumiyyətlə, bir ölkədə iki səhiyyə qurumu gülüncdür. İki qoçun başı bir qazanda qaynamaz.
Çöldə insanları maskafa gəzməyə vadar edib, kafelərdə, marşrutlarda isə ağız ağıza durmağa məhkum edirlər. Sanki vurisla gizli müqavilə bağlanıb ki, toy məclislərində, məscidlərdə yoluxduracaq, amma avtobus və kafelərdə yoluxdurmayacaq... Əminəm ki, Operativ Qərargahın bircə nümayəndəsi də o basabas avtobuslara, tüstülü kafirlərə girmir, oturub öz təxti - rəvanında...
Əgər kafelər açıqdırsa şadlıq evləri niyə açılmır? Məscidlər niyə açılmır? Orucluq daxil olacaq yaxın günlərə. Heç olmasa əhalinin inancına hörmət qoymaq lazımdır. Kim deyir ki, ucdan tutma hamını buraxsınlar. Limit qoymaq olar, ibadətə daxil olanlar müəyyən sayda iştirak edər. Həmçinin şadlıq evlərində 40-50 nəfərlik toya izn verilə bilər. İnsanlar kəbin edib evlənə bilmir. Bu, gələcəkdə əhalinin sayının azalması ilə müşahidə olunacaq.
Operativ Qərargahın nümayəndələrini, Təbibin üzvlərini kağız-kuğuzdan ayrılıb, yoluxma, sağalma rəqəm oyunundan əl çəkib xalqın içinə çıxmağa dəvət edirəm.
Əgər etmirlərsə məscidləri açsınlar, insanlar heç olmasa son nəfəsində gedib Allahla razü-niyaz etsinlər. Onsuz da ölənlərin çox ya həkim səhlənkarlığından, ya da səhiyyənin yartımazlığından ölür.
Təkcə məscidləri yox, bütün dini ibadətgahları, məscidləri, kilsələri, sinaqoqları, məfhilləri açmaq lazımdır. Allahdan qorxun!
Tural İrfan (Əhmədov)
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya