“Bəsrə istiləri” 45 dərəcəyədək yüksələcək
10:30 09.08.2023
Cəmiyyət
500
Yunan astroloqları belə vəziyyəti quduzluğa bənzədirdilər deyə onu “Köpək günləri” adlandırırdılar
Qızmar istilər qardaş Türkiyədə də müşahidə edilir. Həftə sonunadək ölkəmizdə olduğu kimi Türkiyədə də avqust ayının ən isti günləri olacağı proqnozlaşdırılır. Kiçik Asiya – Anadoluya qızmar istilərin İraqdan gəldiyi bildirilir. “Bəsrə istiləri” adı verilən isti hava axını nəticəsində cənub-şərqi Anadoluda temperaturun 45 dərəcəyədək yüksələcəyi bildirilir. O da qeyd edilir ki, “Bəsrə istiləri” “Əyyami-Bahur”u əvəz etməkdədir. “Əyyami-Bahur” isə Afrika istilərini özündə ehtiva edir. Qədim yunan astroloqları yayın ən isti, qızmar keçən günlərini “Köpək günləri” adlandırırdı. Bu, “Sirius” ulduz sisteminin doğuşu zamanı baş verirdi. Bu dövrdə havanın temperaturu getdikcə yüksəlir, quraqlıq dövrü başlayır, qəfil şimşək çaxmaları, ildırımla müşayiət olunur, insanlarda süstlük, yorğunluq artırdı. Yunan astroloqları belə vəziyyəti quduzluğa bənzədirdilər deyə onu “Köpək günləri” adlandırırdılar.
Hazırda ölkə ərazisində “Əyyami-Bahur”, yaxud “Bəsrə istiləri”nin olub-olmadığını bilmirik. Bildiyimiz ETSN Milli Hidrometeorologiya Xidmətinin yaydığı rəsmi məlumatdır ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə bu gün temperatur 40 dərəcəyədək yüksələcək. Ümumiyyətlə, həftə sonu - avqustun 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə avqustun 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Diclə Universiteti Tibb Fakültəsii Köks Xəstəlikləri kafedrasının müəllimi, professor Əbdürrəhman Şənyiğit vətəndaşlara xəbərdarlıq edib. Professor saat 11:00-16:00 aralığında, zərurət olmadıqca küçəyə çıxmamağı məsləhət görüb. Xüsusən, xroniki xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və uşaqlar üçün qızmar havada Günəş şüalarının birbaşa təsiri altında olmaq təhlükəlidir. Fövqəladə Hallar Nazirliyi də oxşar müraciət edib. Əməl etsək, yaxşıdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq