“Bu zamanlarda şəriət nikahı konkret olaraq qadağan edir” - İlahiyyatçı
Fidan Həmişəyeva
17:12 24.07.2019
Cəmiyyət
1170
Azərbaycanda may ayında əksəriyyət toy- düyün etməkdən çəkinir. “May ayı vay ayıdır” “Mayda toy etmək olmaz, düşər-düşməzi olur”, “mayda qurulan ailə tez dağılar”, “may ailə həyatı qurmaq üçün ağır aydır” və s. kimi “inanclar”la bəzi insanlar bu ayda toy etmək istəmirlər.
Tarixdə də may ayının toxunulmazlığı barədə bəzi məlumatlar qeyd edilib. Mayda toylara qadağa qoyulması Qədim Romaya gedib çıxır. Bəzi fikirlərə görə, may sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb.
May ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermisizsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına salırlar. Bu da toyun daha ucuza başa gəlməsi, qurulan ailənin bərəkətli olmasına hesablanıb.
Lakin son zamanlar cəmiyyətimiz bu cür mif və ya stereotipləri dağıdıb. Statistik göstəricilərə görə, 2019-cu ildə ölkəmizdə ən çox nikah may ayında bağlanıb. Bəs, may ayının “ağırlığı” kimi “inanclar” nə dərəcdə düzgündür?
İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəriətdə may ayında toyun uğursuz olması ilə bağlı heç bir fikir yoxdur:
“Dinimizdə ilin öz xüsusiyyətlərinə görə, müəyyən olunmuş bəzi günlər var. Məsələn, əgər ay əqrəb bürcündə olarsa, bu vaxtı nikah etmək uğursuzluq gətirəcək. İslam təqvimi ilə baxanda ildə bir neçə məxsusi ayların axırında şəriət nikaha qadağa qoyur.
Çünki bu aydakı nigahlardan olan övladın, ümumiyyətlə ailə üzvlərinin uğursuzluğu baş verə bilər.
Şəriətimizdə konkret olaraq “may ayında toy etmək qadağandır” ifadəsi yoxdur. Belə fikir sadəcə insanlar arasında formalaşıb. Artıq bəzi gənclərimiz var ki, bu cür el adət-ənənələrini sındırmaqla may ayında toylarını edirlər. Bunun heç bir qəbahəti yoxdur. Dediyim kimi, şəriətin müəyyən elədiyi konkret günlər var. Həmin günlərdə nikah kəsmək uğursuz adlandırılır.Ay əqrəb bürcündə olarsa, o təqribən 10-14 gün müddətində çəkə bilir.
Bu zamanlarda şəriət nikahı konkret olaraq qadağan edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Messinin vida matçının biletləri 4 dəqiqəyə satıldı
13:07 25.09.2026
Futbol
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual