Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə daha 18 ailə yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər), Horovlu kəndinə isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin olunub.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.