Deputat: “Feminizm milli-mənəvi kimliyimizə zərərdir” - Yol verməyək !
Fidan Həmişəyeva
10:37 11.03.2021
Cəmiyyət
2304
Artıq bir neçə ildir ki, 8 mart Beynəlxalq Qadınlar Günündə Bakının mərkəzində bir qrup feminist aksiya keçirir. Martın 8-də yenə bu ənənəyə sadiq qalaraq, feministlər Fəvvarələr meydanınında qadın hüquqlarına diqqət çəkmək üçün icazəsiz aksiya keçirdilər.
Bakı Şəhər İcra Hakimiyyəti əvvəlcədən bu aksiyanın keçirilməsinə icazə verməmişdi. Lakin feministlər buna məhəl qoymayıb, aksiyalarını həyata keçirdilər. Aksiya zamanı feministlər “Qadın qətlləri siyasidir!”, “Qadın kimi savaş!” və sairə bu kimi şüarlar səsləndirərək, “İstanbul Konvensiyası”nın qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini, qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını tələb ediblər. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Lakin sonradan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirdi ki, aksiyaya cəhd zamanı saxlanan olmayıb, “qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.
8 mart günü keçirilən aksiya bu dəfə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əksinə, bundan əvvəlki illərdə olduğu kimi, yenə də səsləndirilən şüarlar böyük əksəriyyətdə qıcıq doğurdu.
Milli Məclisin iclasında millət vəkili Tahir Kərimli “İstanbul Konvensiyası”nın qəbulunun yolverilməz olduğunu söyləyib .
Parlament üzvü Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb:
“Onlar Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər. Fikir verin, İndoneziyanı misal gətirmirlər, İndoneziyada ana familiyası əsas götürülür, qadına çox böyük dəyər verilir. Amma bunlar Qərbə üz tuturlar, çünki orada məsələ fərqlidir”.
Millət vəkili Ülviyyə Həmzəyeva “Sherg.az”a bildirib ki, Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, adət-ənənələrimizin, mədəniyyətimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparıb:
“Qadınlarımız dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunəsi olub. Tarixdə Azərbaycan qadını müdrik, vətənə, torpağa sədaqətli, cəsur və qorxmaz olmaqla bərabər, bir çox çətin vəziyyətlərdə düzgün yol seçməyi bacarıb. Azərbaycan qadını uzaqgörən siyasət yeridərək, kişiləri də bu yola istiqamətləndirib. Ölkə və eləcə də dünya tarixində ədəbiyyat, mədəniyyət, elm sahələrində yer tutan və ictimai xadim olan qadınlarımız vardır.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində bütün dünyada yüksək qiymətləndirilir”.
Xanım deputat vurğulayıb ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir:
“Qadınlarımızın bu şərəfli missiyalarını gerçəkləşdirmələri üçün Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün bütün gərəkən addımları atır. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılıb. Həmin ildə “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” qanunun imzalanması, kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir.
Gender bərabərliyini, ailə, qadın, uşaq hüquqlarını qoruyan və dünyanın bir çox ölkəsinə nümunə ola biləcək ölkəmiz var. Feminizm kimi zərərli fikirlərin və xarici ünsürlərin ailə dəyərlərimizə, milli-mənəvi kimliyimizə zərər verməsinə yol verməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat