Diqqətsizlik faciələrə gətirib çıxarır
21:31 11.03.2021
Cəmiyyət
553
Qatarla avtomobil yollarının kəsişməsində xüsusi nişanlar olur, əməl edilməlidir
Ötən gün Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: "Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək.
Mövzu ilə bağlı fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, dəmir yolu xətlərinin avtomobil yolları ilə kəsişməsində zəruri olan nişanlar var:
"İlk növbədə bu nişanlara diqqət edilməsi zəruridir. Bunlara yol nişanları, səs və işıq siqnalları, şlaqbaunlar, dəmir yolu xəttinə yaxınlaşmaya dair xəbərdarlıq nişanları aiddir. Yəni şlaqbaunlu dəmir yol keçidi, şlaqbaunsuz dəmir yol keçidi, bir xətli dəmir yolu, çox xətli dəmir yolu nişanları vardır. Təbii ki, bu nişanlar sayəsində sürücülər öncədən dəmir yolu xəttinə yaxınlaşdıqlarına dair məlumatlı olurlar.
Digər tərəfdən isə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununda da qeyd edilib ki, nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara yol verməklə keçə bilərlər.
Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda yaxınlaşan qatarın olmadığını yəqin etməli, yol nişanlarının, işıqforların, şlaqbaunların, nişanlanma xətlərinin tələbinə riayət etməlidir. Əgər nizamlanan yol ayırıcıdırsa şlaqbaun bağlanmalıdır. İki yanıb-sönən qırmızı işıq isə hərəkəti qadağan edir.
Şlaqbaunlu dəmir yol ayırıcısına yaxınlaşan maşın şlaqbauna azı 5 metr məsafə qalmış saxlamalı, şlaqbaun olmadıqda isə azı 10 metr məsafə qalmış dayanmalıdır".
E.Nurəliyev əlavə edib ki, əgər məcburiyyətdən yəni nasazlıq, yaxud texniki səbəbdən dəmir yolu keçidində dayanarsa, bu zaman sürücü mütləq maşında olan sərnişinləri düşürtməlidir:
"Bundan sonra sürücü qatarın yolunun hər iki istiqamətinə 1000 metr məsafədə adam göndərməsini təşkil etməlidir. Yaxınlaşan qatara isə dayanma siqnalı verməlidir. Yəni bunlar təhlükəsizlik tədbirləridir ki, dəmir yolu ilə kəsişmədə qatarla nəqliyyat vasitələri toqquşmasın. Təbii ki, əgər bu qaydalara ciddi şəkildə riayət olunmazsa, bu zaman qəzadan yayınmaq qaçılmazdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya