"Dövlət vətəndaşları kommunal ödəmələrdən bir neçə ay azad edə bilər" - İqtisadçı-ekspert
Turan
06:56 31.03.2020
Cəmiyyət
961
"Dövlət bütün kommunal ödənişlərə güzəşt tətbiq edə bilər".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, işıq, qaz, su və digər kommunal xərclər vətəndaşlardan bir müddət alınmaya bilər:
"Bu ödənişlər dövlət qurumlarına ödənilir. Dövlət vətəndaşları kommunal ödəmələrdən bir neçə ay azad edə bilər. Digər güzəştlər isə daha çox sahibkarlara aiddir. Sahibkarlara vergi güzəştləri olmalıdır. Çünki hazırda orta və kiçik sahibkarlar demək olar ki, işləmirlər. Ancaq buna rəğmən həmin şirkətlər işçilərinin maaşını ödəyir və onları ixtisar etmirlər. Məvaciblərin ödənilməsi əmək müqavilələrinə əsasən həyata keçirildiyi üçün vergi güzəştləri şərt olur. Burada söhbət gəlir və ya mənfəət vergisindən gedir".
İqtisadçının fikrincə, digər məsələ isə bank ödənişləri ilə bağlıdır:
"Bank ödənişləri həm adi vətəndaşları, həm də sahibkarları maraqlandıran məsələdir. Lakin bu güzəştləri bankların hesabına etmək mümkün deyil. Çünki bankların da öz öhdəlikləri var. Banklar əmanətləri üzrə faiz ödəməlir. Bu işdə dövlət banklara kömək edə bilər. Yalnız o halda banklar sahibkarlardan və vətəndaşlardan faiz ödənişləri tələb etməzlər. Əlbəttə ki, bunun üçün dövlət xeyli vəsait ayırmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya