DYP-nin saxladığı sürücü qəfil öldü - VİDEO
Yusif Nəzərli
11:21 09.03.2023
Cəmiyyət
379
Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, sürücü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən “Saxla” əmrindən sonra qəfil vəfat edib.
BDYPİ-dən bildirilib ki, hadisə bu gün saat 09:45-də baş verib. “Tofaş” markalı 10-NJ-759 nömrə nişanlı avtomobilin sürücüsü ödənilməyən cərimə borcu olması səbəbindən Xocəsən qəsəbəsindən Bakı-Şamaxı şosesi istiqamətində hərəkət edərkən ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb: “YPX əməkdaşı sürücüyə yaxınlaşaraq nəqliyyat vasitəsini saxlamasının səbəbini izah edib. Sürücü Vidadi Baxışov isə YPX əməkdaşlarına bir qədər gərgin, aqressiv formada cavablar verərək, ürək xəstəsi olduğunu və özünü narahat hiss etdiyini bildirib.
YPX inspektoru əraziyə təcili tibbi yardım avtomobili dəvət edə biləcəyini söyləsə də, sürücünün həyat yoldaşı özlərinin təcili yardım çağırdıqlarını qeyd edib. Sürücü özünü narahat hiss etdiyi üçün YPX əməkdaşı ona bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb.
Daha sonra sürücü sükan arxasına əyləşərək avtomobili idarə etməyə çalışıb, bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb”.
İdarədən qeyd olunub ki, hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım heyəti yaxınlaşıb: “Bu zaman sürücünün sükan arxasında öldüyü müəyyən edilib. Qeyd olunan faktla bağlı araşdırma aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət