
Əhməd Əhmədov sağalsa da ona cəza təyin edilə bilməz -AÇIQLAMA
10:15 11.10.2024
Cəmiyyət
622
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi sonuncu iclasda 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Cəzadan azad edilən Əhməd barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Lakin bu qərar cəmiyyətdə bir sıra müzakirələrə səbəb oldu.Hətta,Əhmədə layiqli cəza verilmədiyinə görə qərara etiraz edənlər də var.
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, şəxs əqli və ya psixi cəhətdən anlaqsız vəziyyətdə olduğu halda cinayət məsuliyyətindən azad edilir:

''Belə hallar Cinayət Məcəlləsinin 21-ci maddəsində tənzimlənir. Bu maddəyə əsasən, şəxs anlaqsız vəziyyətdə törədiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmur, lakin məhkəmə bu halda tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərar qəbul edə bilər. Yəni məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilərsə, ona cəza təyin edilmir. Bunun əvəzinə məhkəmə həmin şəxsin cəmiyyət üçün təhlükəli olduğunu nəzərə alaraq, onun psixi sağlamlığının bərpa olunması məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərar çıxara bilər. Bu tədbirlər Cinayət Məcəlləsinin 99-cu və 100-cü maddələrinə uyğun olaraq həyata keçirilir. Əhməd Əhmədovun məhkəmə psixiatrik ekspertizasının rəyinə əsaslanaraq cəzadan azad edilməsi və onun Maştağa psixiatrik xəstəxanasına yerləşdirilməsi barədə məhkəmənin verdiyi qərar qanunvericiliyə uyğundur və bu vəziyyətin qanunla tənzimlənmiş formasıdır. Tibbi xarakterli məcburi tədbirlər isə həmin şəxsin müalicəsi və ya cəmiyyət üçün təhlükəli vəziyyətin qarşısını almaq məqsədilə tətbiq edilir''.
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, şəxs cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu üçün cəzadan azad edilibsə, bu vəziyyət dəyişdikdən sonra yəni, şəxs sağalıb anlaqlı hala gəldikdə ona cinayət məsuliyyəti tətbiq edilmir:
''Əgər Əhməd Əhmədov sağalarsa, ona cinayət törətməkdə cəza təyin edilə bilməz. Bunun səbəbi odur ki, cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu artıq məhkəmə ekspertizasının rəyinə və məhkəmənin qərarına əsasən qəbul edilib. Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, anlaqsız vəziyyətdə olan şəxsə cəza təyin edilə bilməz. Anlaqlı vəziyyətə qayıtdıqdan sonra belə, həmin şəxs cinayət məsuliyyətindən azad qalır. Çünki cəza anlaqlı şəkildə törədilmiş əmələ görə verilir. Sağalma halında isə, məhkəmə şəxsin artıq cəmiyyət üçün təhlükə yaratmadığını müəyyən edərsə, tibbi xarakterli məcburi tədbirlərin dayandırılması və ya yüngülləşdirilməsi qərarı verə bilər. Lakin cəza təyin edilməsi mümkün deyil. Buna səbəb isə onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu hüquqi olaraq təsdiqlənməsidir''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya