
Ekspertdən xəbərdarlıq: “Dizel yanacağın üstünlük dövrü bitir”
11:13 25.08.2025
Cəmiyyət
453
Bir çox ölkələrdə dizel mühərrikli avtomobillərə qarşı məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılır.
Xəzər TV məlumat verir ki, Norveç, Niderland və Fransa yaxın illərdə dizel mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı nəzərdə tutub.
Almaniyada isə bəzi şəhərlərdə havanın çirklənməsini azaltmaq məqsədilə dizellə işləyən avtomobillərin hərəkətinə qismən qadağalar qoyulub. Britaniya 2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını dayandırmağı hədəfləyir.
Ölkəmizdə də belə avtomobillər kifayət qədərdir. Bizdə də belə addımlar atıla bilərmi?
Nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirdi ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır:

“Hazırda dizel yanacağı ilə benzin arasında qiymət fərqi cəmi 10 qəpik təşkil edir. Dizelin bir litri 1 manata, 92 markalı benzinin isə 1 manat 10 qəpiyə satılır. Bu vəziyyət dizel mühərrikli avtomobillərə qarşı müəyyən tədbirlərin həyata keçirildiyinə işarədir. Çünki əvvəllər dizelin daha ucuz olması onun sərfiyyat baxımından cəlbedici görünməsinə və insanların həmin avtomobillərə üstünlük verməsinə səbəb olurdu. Doğrudur, qiymət artımından sonra dizel mühərrikli avtomobillərin istifadəsində ciddi azalma müşahidə olunmur, lakin bunun təsiri müəyyən qədər hiss edilir. Bu proses fonunda elektrik və hibrid tipli avtomobillərə keçid meyli artmaqdadır. Ümumiyyətlə, avtomobillərlə bağlı məhdudlaşdırıcı tədbirləri əsasən o ölkələr həyata keçirir ki, onların yerli avtomobil istehsalı mövcuddur. Azərbaycanda isə belə bir vəziyyət müşahidə olunmur. Burada “istehsal” adı ilə təqdim olunan fəaliyyət əslində istehsal deyil, müxtəlif ölkələrin markalarının gətirilərək ehtiyat hissələrinin Azərbaycana daşınması və burada yığılmasından ibarətdir. Halbuki, istehsal anlayışı odur ki, ən azı 25–30 faiz avtomobil hissələri məhz həmin ölkədə istehsal edilsin. Azərbaycanda isə demək olar ki, bütün detallar xaricdən gətirilir və sadəcə birləşdirilir. Buna görə də bunu istehsal adlandırmaq düzgün deyil. Elə buna görə də avtomobil sektorunda qərarları əsasən öz istehsal potensialına malik ölkələr qəbul edir. Azərbaycanda isə dövlət səviyyəsində bu məsələlərin necə tənzimlənəcəyi barədə dəqiq proqnoz vermək mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət