Bütün dünyanın gözü bu gün Mehridədir və bizim kimi eyni həyəcanla gözləyir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Mehridə seçicilərlə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz Mehrini Prezident Trampla, Putinlə, Makronla, Avrokomissiyanın sədri Ursula fon der Leyen və AB lideri Koşta ilə müzakirə edirik. Hamı bu yolun (“Tramp Marşrutu” - red) nə vaxt tikiləcəyi barədə düşünür. Hamı Mehrinin qlobal yol qovşağı statusuna qayıtmasını gözləyir”, - Baş nazir bildirib.