Ekspres avtobuslarda təhlükəli hallar yaşanır
Fidan Həmişəyeva
09:43 09.07.2020
Cəmiyyət
913
Elməddin Muradlı: "Bakı Nəqliyyat Agentliyi müəyyən təhlillər aparıb avtobusların sayını artıra bilər"
Bir neçə gündür ki, bu çətin dönəmlərdə insanların rahatlıqlarının təmini üçün ekspres avtobuslar dövriyəyə buraxılıb. Lakin avtobuslarda vəziyyət o qədər də ürəkaçan deyil. İzolyasiya tədbirləri, sosial məsafə demək olar ki, gözlənilmir. Hər an, hər dəqiqə təhlükəli an yaşanır.
Digər problem avtobuslar arasında interval dəqiqələrin çox olmasıdır. Nəticədə hər stansiyada sıxlıq yaranır. İşdən evinə qayıtmaq istəyən vətəndaşlar anormal bir sıxlıqda dəqiqələrlə yol getməli olur.
Yaranan çatışmazlıqların aradan qaldırılması, ciddi nəzarət tədbirlərinin görülməsi olduqca vacibdir.
Yaranan çətin vəziyyəti “Sherg.az"a şərh edən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) müəyyən təhlillər aparıb avtobusların sayını artıra, ya da azalda bilər. Çünki vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur, məsələ sosial şəbəkələrdə qaldırılır.
Ekspert bildirib ki, xəttə əlavə avtobuslar buraxmaq olar. Ekspres xətlər işlədikcə digər avtobusları da transfer etmək mümkündür: “Ekspres xətlər əsasən metronun yükünü üzərinə götürüb. Amma gündəlik tələbat üçün də digər maşrutlar fəaliyyət göstərir. Əldə olan imkanlar bundan ibarətdir. BNA-nı da qınamaq olmur. Çünki onlar da əllərində olan imkanlardan istifadə edirlər. Bir gecənin içində hansısa ölkədən 500 avtobus almaq real deyil. Avtobusların istehsalı, ölkəyə gətirilməsi, burda qeydiyyata alınması kimi proseslər uzundur. İqtisadi çətinliyimiz də var”.
E.Muradlı bildirib ki, bu gün Bakı üçün sıxlıq xarakterik hal deyil. Anormal bir vəziyyət yaranıb:
“Həmişə bu aylarda Bakıda sıxlıq olmazdı. İstənilən daşıyıcı şirkətlər təsdiq edərlər ki, əvvəlki illərdə bu aylarda onların gəliri aşağı düşüb. Çünki insanlar xaricdə, rayonlarda istirahətdə olurdular. İndi isə bunun qarşısı alınıb. Hər kəsi Bakıda saxlayıblar ki, heç kim getməsin. Nəticədə ictimai nəqliyyatda belə problemlər yaşanır”.
Ekspert vurğulayıb ki, sıxlığa digər səbəb ictimai nəqliyyatın bəzi növlərinin sıradan çıxarılmasıdır:
“Hacıbala Abutalıbov başda olmaqla Azərbaycanda tramvayların, trolleybusların kökünü kəsən məmurlara bu gün bütün insanlar ürək sözlərini deyirlər. Deməkdə də haqlıdırlar. Onlar ictimai nəqliyyatın ən gözəl növlərinin kökünü kəsdilər. Ona görə də hazırda Azərbaycanda alternativ ictimai nəqliyyat növü yoxdur. İndi ancaq avtobuslar və taksilər fəaliyyət göstərir.
Taksilər də fürsətdən istifadə edib qiyməti qaldırıblar. Hər kəsin taksi ilə hərəkət etmək imkanı yoxdur. Ümid avtobuslara qalır. Avtobuslarda isə vəziyyət çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə