Nəinki elektrobuslar, trolleybuslar da xəttə buraxılsa, daha yaxşı olar
Elektrik avtobusların Bakıda hərəkətinə heç bir problem yoxdur
Elektrik avtobusların Bakıda hərəkətinə heç bir problem yoxdur
Yusif Nəzərli
08:56 27.09.2023
Cəmiyyət
737
40 il rahat fəaliyyət göstərə bilirlər
Nəinki elektrobuslar, trolleybuslar da xəttə buraxılsa, daha yaxşı olar
Nəinki elektrobuslar, trolleybuslar da xəttə buraxılsa, daha yaxşı olar
“Stereotiplərdən qurtarmağın vaxtı çoxdan çatıb. Ekoloji cəhətdən təmiz nəqliyyat növləri dünyada trenddir, artıq”
Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Bu barədə "Trend"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd edilib ki, marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir. Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılacaq. Nəticələrə əsasən, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.
Elektro-busun üstünlüklərindən danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dünyada ekoloji cəhətdən təmiz nəqliyyat növlərinə üstünlük verilir:
- Bunlar əsasən, yüngül relsli nəqliyyat – tramvaylar, metro, şəhərətrafı elektrik qatarları, həmçinin trolleybuslar və sıxılmış təbii qazla işləyən avtobuslardır. Azərbaycanda ilk elektrobusun xəttə buraxılması, əlbəttə, müsbət hadisədir. Pozitiv dəyərləndirirəm. Amma dinamikası hələ ki zəifdir. Bu növ həllərin sürətlə artmasına ehtiyac var. Nəinki elektrobuslar, trolleybuslar da xəttə buraxılsa, daha yaxşı olar. Həm də təkcə paytaxtda deyil, bütün ölkə ərazisində. Trolleybus ictimai nəqliyyatın elə bir növüdür ki, müəyyən məsafəni avtonom rejimdə hərəkət edir, müəyyən məsafəni isə kontakt şəbəkədən yüklənərək hərəkəti təmin olunur. Yollarda nəqliyyatın bu növlərinin hərəkəti şəhərin ekologiyasına müsbət təsir edir. Amma həm saylarını artırmalıyıq, həm də şəbəkə genişlənməlidir.
Mütəxəssis elektrobusların iqtisadi cəhətdən sərfəliliyini də qeyd etdi:
- Əgər hədəf qoyulubsa ki, şəhər nəqliyyatında ekoloji cəhətdən təmiz növlərə üstünlük verilsin, eketrobuslar bu üstünlüyü təmin edəcək. İkincisi, yüngül relsli nəqliyyat növlərinin effektivliyi daha yüksəkdir; 40 il fəaliyyət göstərə bilirlər, eyni anda daha çox sərnişin daşınmasına imkan yaranır ki, bu da effektiv mobilliyi təmin edir.
R.Ağamirzəyev xəbərdə “elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılacaq”, məlumatı barədə fikrini isə bu şəkildə açıqladı:
- Bakının dağlıq hissəsi əsasən Yasamal rayonu ərazisidir. Qalan ərazilər, demək olar, düzənlikdir. Relyef ciddi problem deyil. Vaxtilə Bakıda tramvay şəbəkəsi də olub, trolleybus şəbəkəsi də. Trolleybuslar Yasamala “qalxırdı”. 1980-ci illərdə trolleybuslar 300 kilometr məsafə qət edirdilər. 30 nömrəli trolleybus vardı, Dəmiryol Vağzalından aeroporta kimi hərəkət edirdi. Stereotiplərdən qurtarmağın vaxtı çoxdan çatıb. Ekoloji cəhətdən təmiz nəqliyyat növləri dünyada trenddir, artıq. Tramvaylar, trolleybuslar həm tıxacların aradan qalxmasına kömək edəcək, həm də ekoloji vəziyyəti müsbətə doğru dəyişəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət