Ən ağır cəza verilməlidir
Yusif Nəzərli
22:36 06.04.2022
Cəmiyyət
408
Körpəsini qətlə yetirən anaya heç cür haqq qazandırmaq olmaz
"Adətən uşağı nikahdan kənar dünyaya gətirən, yaxud da təcavüzə məruz qalan qadınlar tək çıxış yolunu uşağı məhv etməkdə görür"
Ataların da dediyi kimi, “Hər doğan - ana olmaz” , yaxud da “Su meymunun boğazına çatanda balasını da tapdalayır”. Anası tərəfindən öldürülüb küçəyə atılan körpələrin sayının artması fonunda bu deyimlər uzun illərdir öz aktuallığını qoruyur. Demək ki, ta qədimlərdən bu cür talehsiz hadisələr yaşanır, analar həyat verdikləri körpələrinin canına qıyırmışlar. Qeyd edək ki, növbəti cinayət Nizami rayonu Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında qeydə alınıb. Polietilen sellofanda küçəyə atılan uşağın anası şübhəli qismində saxlanılıb və uşağını qəsdən öldürməkdə ittiham olunan A.K. barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Məsələ ilə bağlı danışan ekspertlər isə deyir ki, hər cinayətin arxasında mütləq bir müəmma var. Həmin ananın hansı şərtlərdə və situasiyada bu addımı atdığını bilmədiyini vurğulayan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bununla belə ananın etdiyi qəddarlığa don geyindirmək, pərdələmək fikrində olmadığını deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, yenicə doğulmuş bir körpənin anası tərəfindən qətlini nəyləsə əsaslandırmaq, hansısa amili şərt kimi irəli sürmək mümkün deyil: “İstisnasız bu çox böyük bir cinayət hadisəsidir və mən heç bir halda övladını öldürən anaya bəraət qazandırmaq fikrində deyiləm. Bütün hallarda cinayətkar ən ağır şəkildə cəzalandırılmalıdır.
Burada konkret cinayət əməli var. Heç bir amil ananın öz övladını, həm də yenicə dünyaya gələn körpəni qətlə yetirməsinə səbəb kimi göstərilə bilməz. Düzdür, istintaq aparılacaq, ananı dindirəcəklər, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq və ana müəyyən müddətə azadlıqdan məhrum ediləcək. Yəni hadisənin konkret səbəbləri və qətlin təfərrüatlarını araşdırmaq istintaq orqanlarının işidir.
Əsas ananı bu vəziyyətə gətirib çıxaran əsl səbəblərin üzə çıxmasıdır. Bəlkə də yaşadığı ailə, mühit ananı bu cinayəti törətməyə vadar edib. Adətən uşağı nikahdan kənar dünyaya gətirən, yaxud da təcavüzə məruz qalan qadınlar tək çıxış yolunu uşağı məhv etməkdə görür.
Bunun qarşısını almaq üçün də media, vətəndaş cəmiyyətləri insanları məlumatandırmalıdır. Yaxşı olar ki, televiziyalarda bu barədə videoçarxlar hazırlansın. Qadınlarımız, gənc qızlarımız bilsin ki, gələcəkdə başlarına hansısa bədbəxt hadisə gələndə onlar hara müraciət etməli, övladını kimə əmanət etməlidir.
Nikahdankənar övlad dünyaya gətirən qadınların əksəriyyəti bunu gizli saxlayır. Uşaq dünyaya gələndə isə ondan “canını qurtarmağ”ın yollarını axtarır. Kimisi xəstəxanaya, kimisi uşaq evlərinə qoyub qaçır, kimisi də kimliyi üzə çıxar, insanlar onu qınayar deyə öldürüb atmağı daha “rahat” hesab edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pomidorun özü, yoxsa şirəsi FAYDALIDIR?
21:24 24.02.2026
Sağlamlıq
Qurban Qurbanov xanımı ilə…
21:11 24.02.2026
Futbol
"Bitcoin" antirekordunu yenilədi
20:49 24.02.2026
Dünya
Yarən leyləyin həyat yoldaşı gəldi - Adəm əmi isə onu gözləyir
20:45 24.02.2026
Maraqlı
Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var
20:37 24.02.2026
Hadisə
Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər
20:20 24.02.2026
Gündəm
“Bir neçə sayta deyib ki, Lətifədən yazmayın”
19:48 24.02.2026
Şou
Natiq Cəfərli: Avtoparkın 60 faizi 20 ildən köhnədir
19:37 24.02.2026
İnfrastruktur
ABŞ İrana qarşı sanksiyalarda adı hallanan tankeri ələ keçirib
19:32 24.02.2026
Dünya
DÇ-2026-nın Meksikadakı oyunları LƏĞV EDİLİR?
19:20 24.02.2026
İdman
Putinə sadə mesajım var: Hazıram! - Zelenski
19:09 24.02.2026
Dünya
Paşinyan: Ermənistan özündən asılı olmadan müstəqil olub
19:00 24.02.2026
Cənubi Qafqaz
Gültəkin Hacıbəylinin evində axtarış aparıldı
18:44 24.02.2026
Cəmiyyət
Ağ Ev: Tramp İranla bağlı diplomatiyaya üstünlük verir
18:37 24.02.2026
Dünya
Avstraliya baş naziri təxliyə edildi: Bomba təhlükəsi...
18:15 24.02.2026
Dünya