“Əsgərlərimiz bizim ümid yerimiz, qürür mənbəyimizdir” - Deputat
Fidan Həmişəyeva
10:51 18.07.2019
Cəmiyyət
1031
Bu günlərdə yaralı vəziyyətdə olan əsgərə həkimlər tərəfindən tibbi yardım göstərilmədiyini əks etdirən video yayılıb. Sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilən görüntülər hər kəs tərəfindən şiddətlə qınanılıb.
Hadisənin Mərkəzi Hərbi Klinik Hospitalda qeydə alındığı bildirilir. Növbətçi həkim yaralı vəziyyətdə olan əsgərə heç bir köməklik etmir. Hətta kobud şəkildə əsgərin və videonu çəkən şəxsin oradan uzaqlaşmasını tələb edir.
Onu da qeyd edək ki, bu görüntülərin təxribat olduğu iddia olunur.
Məsələnin ciddiliyini nəzərə alıb, Müdafiə Nazirlinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Vaqif Dərgahlı “Sherg.az”a bildirdi ki, məsələ ilə bağlı nazirliyin mediaya ümumi açıqlaması olacaq: “Ayr-ayrı media quruluşlarından müraciətlər edirlər. Amma nazirlik məsələni araşdıqdan sonra dolğun cavab verəcək”.
Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, həqiqətən də əsgərimizə qarşı laqeydlik göstərilibsə, həmin şəxslər cəzalanmalıdır:
“Hesab etmirəm ki, əsgərimizə qarşı o cür məsuliyyətsizlik olsun. Çünki Mərkəzi Klinik Hospitalında yüksək səviyyəli və məsuliyyətli həkimlər çalışır. Kollektivdə ola bilər ki, məsuliyyətsiz tibb işçisi olsun.
Amma ümumilikdə həmin hospitalda xidmət yüksək səviyyədədir. Əgər həqiqətən də əsgərimizə qarşı bu cür laqeydlik olubsa, Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi bu hadisəyə çox ciddi yanaşmalıdır. Həmin tibb işçisi də kimliyinə asılı olmayaraq cəzalanmalıdır.
Çünki əsgərlərimizin hər biri övladlarımızdır. Onlar bizim ümid yerimiz, qürür mənbəyimizdir.
Əsgərlərimiz təhlükəsizliyimizin, müdafiəmizin keçiyində dayanırlar. Yalnız tibbdən yox, istənilən bir sahədə əsgər və hərbiçilərimizə qarşı qayqeydlik göstərilibsə, həmin şəxslər və qurumlar ciddi şəkildə cəzalanmalıdır.
Ali Baş Komandanımızın orudumuza necə diqqət və qayğı göstərdiyi göz qabağındadır. Bunun müqabilində hansısa tibb işçisi hərbiçiyə və əsgərə qarşı məsuliyyətsizlik göstərirsə, hadisə araşdırılmalıdır.
Tam təsdiqini tapdıqda isə lazımi şəxslər cəzalanmalıdır”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq