Fətullah Hüseynovun ailə üzvlərini aldadan sürücü həbs edildi
Yusif Nəzərli
13:54 14.06.2022
Cəmiyyət
520
“Qara polkovnik” kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun ailəsinə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum polkovnikin oğlu Adil Hüseynovun sürücüsü işləmiş 1989-cu il təvəllüdlü Cavid Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə ona yeddi il müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Cavid Məmmədzadə Fətulla Hüseynovun həyat yoldaşı Eleanora Hüseynovanın qızlarına məxsus olan və Bilgəh qəsəbəsində yerləşən ümumilikdə 0,237 hektar torpaq sahəsini sənədləşdirərək satmaq istəmələrini öyrənib. Torpaq sahəsinin sənədlərinin qaydasında olmadığını bilən sürücü E.Hüseynovaya Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verərək ondan 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək üç dəfəyə ümumilikdə 137 min manat pul alıb. Lakin sonradan onun vədinə əməl etməməsi və pulları mənimsəməsi üzə çıxıb.
Cavid Məmmədzadə daha sonra Nardaran qəsəbəsində yerləşən torpaq sahəsini Hüseynovlar ailəsinə versə də, onlar bu torpaq sahəsini deyil, Cavidin onlardan aldığı 137 min manatı geri qaytarmasını tələb ediblər.
Qeyd edək ki, C.Məmmədzadənin Gürcüstandan maşın gətirmək adı ilə 4500 manat alıb vədinə əməl etmədiyi şəxs də məhkəmədə E.Hüseynova ilə birlikdə zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, Fətulla Hüseynovun oğlu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri olmuş Adil Hüseynov 2015-ci ildə bankla bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya