Hədəfi tək atəşlə susdururdu
Yusif Sultanoğlu
08:51 12.03.2021
Cəmiyyət
912
Qəhrəman snayperçi canını Vətənə fəda edib
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsi hər birimiz üçün əziz, doğmadır. Müqəddəs adlarını əbədiləşdirmək də ən ümdə vəzifəmizdir.
“Şərq” daha bir şəhid qardaşımız haqqında məlumatı sizə təqdim edir. O, Xüsusi Təyinatlı qüvvələrin kiçik giziri Röyal Şahin oğlu Mədətovdur. İgidimiz 14 May 1992-ci il tarixində Qazax rayonunda dünyaya göz açıb. Hüseynbəyli kənd Alı Əliyev adına orta məktəbində 1999-2010-cu illərdə təhsil alıb. 2011-ci ildə hərbi xidmətdən sonra, Ağdam rayonunda “N” saylı hərbi hissədə çalışmağa başlayıb. Röyal Aprel döyüşlərində də savaşıb, böyük şücaət göstərib.
Qəhrəmanımız ötən il sentyabrın 27-də müharibəyə yollanıb. Murovdağ yüksəkliyi, Cəbrayıl, Füzuli, Kəlbəcər, Xocavənd, Şuşa istiqaməti, Qırmızı bazar döyüşlərində vuruşub. Oktyabr 22-i şəhadətə qovuşub, iki gün sonra doğma kəndində torpağa tapşırılıb.
Röyal onlarla düşmən hərbçini və hərbi texnikasını məhv edib. Deyirlər, hədəfini tək atəşlə məhv etməyi bacaran snayperçi olub.
Atası danışır ki, Röyalın dilindən Vətənin adı düşmürdü:
“Deyirdi, ata, bütün ərazilərdə üçrəngli bayrağımız dalğanacaq: “Erməni kimdir ki, bizim torpağımızda məskən salsın”.
Şəhidimizin anası Zərifə xanım deyir ki, oğlu ilə son dəfə danışanda yaralı olduğunu ona bildirməyib: “Söylədi ki, təlimdəyəm”.
Demə, Röyal Füzulidə yaralanıb, həkim döyüşə qayıtmamasını məsləhət görüb. O, isə yenidən ön cəbhəyə dönüb. Düşmənin 3 maşın kolonunu partladıb, tağımı ilə birgə 100-ə yaxın mənfuru gəbərdib.
Röyal Mədətov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, Füzulinin, Kəlbəcərin, Şuşanın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm