Hər yoldan ötən adama övladlığa uşaq vermək olmaz
06:57 18.03.2021
Cəmiyyət
411
Çünki müavinəti almaq məqsədilə körpələrin taleyi ilə oynayanlar tapılacaq
Baş nazir Əli Əsədov “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnamədən çıxarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin ediləcək. Təyin edilmiş müavinət bu Qaydalara uyğun olaraq ödəniləcək.
Yeni qərarla bağlı "Şərq"ə fikirlərini bildirən sosioloq Lalə Mehralı deyir ki, mexanizmə çox həssaslıqla yanaşmaq lazımdır ki, bu qanundan kimlərsə sui-istifadə etməsin:
"İşləmə mexanizmi yetərincə professional olaraq həyata keçirilsə, bəlkə də qüsursuz bir proses ola bilər. Lakin hazırkı vəziyyətdə hesab edirəm ki, həmin qərardan sui-istifadə edənlər daha çox olacaq.
Ölkəmizdə saxta yolla əlilliyə görə pensiya alanların sayının nə qədər çox olduğunu nəzərə alsaq, bu qanundan da başqa məqsədlər üçün istifadə edilməsi ehtimalına təəccüblənmərik. Məsələn, müavinətə görə uşağı övladlığa götürüb lazım olan dərəcədə diqqət və qayğı göstərməyən ailələr ola bilər.
Əgər bu qanun yaxşı və qaydasında işlənsə, olduqca mükəmməl nəticələrə nail olmaq mümkündür. Amma bu məsələdə müəyyən çatışmazlıqların olması da qaçılmazdır. Ona görə də bu işin mexanizmi çox həssaslıqla işlənilməlidir. Gərəkdir ki, hər yoldan ötən şəxsə övladlığa götürmək imkanı yaradılmasın.
İstənilən adam təyin edilmiş müavinəti almaq məqsədilə uşağı övladlığa götürüb onun taleyi ilə oynamasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya