
İKT mühiti üçün 2024-cü il də həlledici illərdən biri olacaq - RƏY
06:48 17.01.2024
Cəmiyyət
990
Bu il üçün gözləntilər böyükdür
Davamlı tərəqqidə olan İKT sektoru bütün ölkələr üçün prioritetdir və gərgin rəqabətçilik mühiti yaranıb, bu yarışa böyük-kiçik demədən bütün ölkələr qoşulub. Azərbaycanın İKT ekosisteminin inkişaf dinamikası beynəlxalq səviyyədə nüfuzlu şəxslər, təşkilatlar və media qurumları tərəfindən müsbət yöndə şərh edilir. 2023-cü ilin son günlərində dünyaca nüfuzlu “Business Insider” nəşri Azərbaycanda biznes mühitinin rəqəmsallaşdırılması və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə yazıb. Məqalədə görülən işlər sayəsində müxtəlif yerli və xarici startaplara, qlobal investorlara geniş fürsətlərin yarandığı qeyd olunub, ölkədə texnologiya sıçrayışının yaşandığını və bu sıçrayışın yaranmış yeni ekosistemin inkişafına faydalarından geniş bəhs edilib. Azərbaycanın innovativ biznes məkanı kimi potensialına diqqət çəkilib, startap və İKT şirkətlərinə təqdim edilən güzəşt və imtiyazların ölkəni xarici şirkətlər üçün cəlbedici mühitə çevirməsi xüsusi vurğulanıb.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az"a açıqlamasında 2023-cü ilin, həqiqətən də, Azərbaycanın İKT mühitinə müsbət təsir etdiyini deyib. Onun sözlərinə görə, bir çox dövlət qurumu rəqəmsal xidmətlərinin həcmini və keyfiyyətini artırıb, həmçinin ölkədə, xüsusən də kommunal sahədə avtomatlaşma (uzaqdan idarəetmə) prosesləri çoxalıb və təkmilləşib:

“İKT-nin bütün sahələr üzrə insan kapitalında artım müşahidə edilib. İKT sahəsindəki yerli mütəxəssislər remote işlər sayəsində xarici şirkətlər ilə sıx əməkdaşlıq edərək böyük təcrübə qazanıb. Ölkəmizdə beynəlxalq tədbirlər keçirildi, dünya nüfuzlu innovatorlar və İKT sahəsinin tanınmış simaları ölkəmizdə iştirak ediblər. İnternet infrastrukturunun yenidən qurulması barədə proses ləngimədən davam etdirilib, innovasiya və startap ekosisteminin inkişafı üçün uyğun şərait yaradılıb.
Ümid edirəm ki, Azərbaycanın İKT mühiti üçün 2024-cü il də həlledici illərdən biri hesab ediləcək. Bu il üçün çox gözləntilər var. İlk olaraq hamının gözlədiyi "Online Azərbaycan" layihəsinin tamamlanması planlaşdırılır. Dövlət qurumlarının xidmətlərində rəqəmsallaşma kifayət qədər artırılacaq, fiziki təmas mümkün qədər azalacaq. Kommunal sahədə (işıq, qaz, su) ağıllı avadanlıqlar dövrü başlaya bilər. Arayışların fiziki formada alınması və təqdim edilməsi dövrü bitə bilər. Ödəmə sistemlərində müxtəlif yeni xidmət və yanaşmalar tədbiq edilə bilər. Misal olaraq, 2024-ün ilk günlərində Bakı Metropoliteni innovativ açılışı edərək, keçidlərdə mobil tətbiq xidmətini təqdim etdi. Hosting və internet provayder xidmətlərində də dövlət standartlar tətbiq edə bilər. Bildiyiniz kimi, ölkəmizdə internet xidmətləri göstərən provayderlər üçün heç bir standart tələb olunmur, bu isə istehlakçıların narazılığına səbəb olur. Təbii ki, standart olmadıqda nəzarət də mənasız olur, çünki hansı standarta görə nəzarət ediləcəyi sual işarəsi doğurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm