“İskəndər - M” işində Rusiya dalana dirənib:“Adlar çəkilməlidir”
Fidan Həmişəyeva
13:22 19.04.2021
Cəmiyyət
854
Şuşaya atılan “İskəndər - M” raketlərlə bağlı araşdırmalar hələ də davam edir. Məsələ ilə bağlı fərqli mülahizələr irəli sürülsə də, baş verənlərin haradan qaynaqlandığı sübut olunmur. Görünən odur ki, real faktlar Rusiyaya sərf etmədiyi üçün üzə çıxarılmır. Aydındır ki, baş verənlərdə Rusiya ittiham olunur.
Azərbaycan Prezidenti İlham Əliyev açıqlamasında Şuşa şəhərinin “İsgəndər” raketləri ilə atəşə tutulması ilə bağlı izahat gözlədiyini bəyan edib. Lakin Rəsmi Moskva hələ ki susur. Bəzi ekspertlər isə Şuşaya atılan “İskəndər - M”in rus hərbçilər tərəfindən işə salındığını iddia edir.
Hərbi ekspert ƏdalətVerdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, “İskəndər-M” raketləri ilə bağlı aparılan araşdırmalar hələ də məntiqi sonluğunu tapmayıb:
“Rusiya tərəfi bunu azərbaycanlı hərbçilərlə müzakirə etdiklərini bildirib.Əslində bu raketlərin Azərbaycanın əlində olması, onların seriya və partiya nömrələrinin Rusiya tərəfinə təqdim edilməsi ilə məsələ çox qısa müddətdə yekunlaşa bilərdi.
“İskəndər”in seriya və partiya nömrələrinin Rusiya istehsalçısı tərəfindən hansı raket briqadası və ya dvizionuna verilməsini aydınlaşdırmaq çox da uzun vaxt tələb etmir”.
Ə.Verdiyev vurğulayıb ki, Rusiyanın “İskəndər” raketini Ermənistana verməsinə dair heç vaxt rəsmi bəyanat səsləndirməməsi və bu barədə BMT-nin Silahlar Registrində hansısa qeydlərin olmaması, onu göstərir ki, Rusiya istənilən halda günahkar olanların adlarını çəkməlidir:
“Amma bu, hələ də baş verməyib. Ehtimal edirik ki, Azərbaycan tərəfinin narahatlığını aradan qaldırmaq üçün Rusiya ağlabatan və məntiqli açıqlama ilə çıxış edəcək. Əks halda baş verənlər münasibətlərimizə mənfi təsir göstərə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual