Jurnalist Flora Kərimovanı yalan məlumatlar yaymaqda ittiham etdi - YENİLƏNİB
Yusif Nəzərli
12:21 06.04.2022
Cəmiyyət
653
Xəbər verdiyimiz kimi Binəqədi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub. İddia olunduğu kimi, prosesdə iştirak etməyən Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb.
Bu barədə Oxu.Az-a danışan jurnalist Ülviyyə Alovlu heç bir prosesdən yayınmadığını, Xalq artisti Flora Kərimovanın məqsədyönlü şəkildə gündəmə gəlmək üçün yanlış məlumat yaydığını bildirib:
“Pandemiyaya görə məhkəmə prosesi bir az uzandı. Sonuncu bildiriş mənə dünən aprel ayının 20-si üçün gəlib. Heç bir yayınmadan söhbət belə gedə bilməz. Sanki ağır cinayət törətmişəm, məni məhkəməyə zorla gətirəcəklər. Hərçənd ki, mənə bildiriş dünən gəlib. Yayılan məlumatla bağlı mən hakimlə əlaqə saxladım. Mənə bildirildi ki, mətbuatda yayılan məlumatlara görə onlar məsuliyyət daşımırlar. Mənim heç bir gizli, qorxulu işim yoxdur. Çağırılan yerə də böyük məmnuniyyətlə getməyə hazıram, heç bir prosesdən də yayınmamışam. Onun yaşıdları Ajda Pekkan, Bülənt Ərsoy sənəti ilə, konsertləri, yeni ifaları ilə gündəmə gəlir, Flora da, şou-biznesi məhkəməyə verməklə, söz atmaqla, qalmaqalla gündəmə gəlir. Biz də nəsə deyəndə gedib bizi də məhkəməyə verir. İnşallah 20-si keçiriləcək prosesdə də iştirak edəcəyəm”.
Jurnalist, həmçinin, F.Kərimovanın hamı üçün problem yaratmaq istəyindən söhbət açdı:
“Əslində bu uzun müddət olmuş, köhnəlmiş bir hadisədir. Orada heç bir təhqirdən söhbət belə gedə bilməz. Bu sadəcə polemika xarakteri daşıyan bir yazı idi. Hamıya mənəviyyat və əxlaq dərsi keçdiyi üçün onunla bir polemika etmişdim. Sadəcə Flora hamıdan xoş sözlər və tərif eşitdiyi üçün bu cür polemikanı həzm edə bilmədi və məhkəməyə müraciət etdi. Artıq onun bu kimi xasiyyətinə görə bütün ətrafı, şou-biznes nümayəndələri ona nifrət edirlər. Hərəyə bir daş atır”.
11:04
Binəqədi Rayon Məhkəməsində aprelin 4-də hakim Abbas Rzayevin sədrliyi ilə Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Ü.Alovlu məhkəmə iclasında iştirak etməyib.
Bu səbəbdən də Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb.
Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılıb.
Tərəflər arasında qalmaqala F.Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası və aşağıda işlətdiyi bu sözlər səbəb olub:
“Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?..”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat