
Kənd qadınları da öyrənir - Rəqəmsallaşma dövrün əsas tələbidir
Kənd qadınları da öyrənir - Rəqəmsallaşma dövrün əsas tələbidir
Yusif Nəzərli
10:31 10.08.2023
Cəmiyyət
892
Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) fermer və sahibkar qadınların elektron ticarətə çıxışını asanlaşdırmaq üçün “Kənd qadınlarının rəqəmsal gücləndirilməsi” kampaniyasına başlayıb.
AKQA-dan bildirilib ki, kampaniyanın məqsədi kənd qadınlarına rəqəmsal bacarıqların artırılmasına yönəlik təlimlərin verilməsi, onların rəqəmsal cihazlara olan ehtiyacının ödənilməsi və nəticə olaraq sosial şəbəkələrdə və ticarət portallarında fəallığının artırılmasıdır.
Hazırda assosiasiyanın müraciətinə əsasən, USAID Özəl Sektorun İnkişafı Layihəsinin regionlarda fəaliyyət göstərən Qadın Kooperativləri, Qadın İnkişaf və Müəssisə Qrupları və fermer qadınlar üçün təşkil etdiyi “Rəqəmsal bacarıqların artırılması” mövzusunda təlim sessiyası öz işini Lənkəran şəhərində davam etdirir.
İcraçı təşkilat – “FemTech” şirkətinin təlimçiləri tərəfindən aparılan bu sessiyalara Beyləqan, Saatlı, Sabirabad, Masallı və Lənkəran rayonlarında fəaliyyət göstərən Qadın Kooperativləri və Qadın İnkişaf və Müəssisə Qrupları ilə yanaşı, regiondakı Qadın Resurs Mərkəzləri və QHT nümayəndələri də cəlb olunub.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında deyib ki, sahibkarlıq subyektlərində, həmçinin digər fəaliyyət növlərində rəqəmsallaşma dövrün əsas tələbidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqi və ya fiziki şəxslərin "Biznesin rəqəmsal transformasiyası" barədə maariflənməsi zəruridir:

“Texnologiya dövründə sahibkarların rəqəmsal mühitə çıxışı onların biznesinin dayanıqlılığı və rəqabətə dözümlülüyünün təmini olacaqdır. Bir çox dövlət qurumları bu istiqamətdə müvafiq proqramlar həyata keçirirlər. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın sahibkarlığa dəstək proqramları var. Yaxın dövrlərdə Azərbaycan sahibkarlarının biznesinin rəqəmsallaşdırılması (Biznesin Rəqəmsal Transformasiyası) istiqamətində dövlətin xüsusi yanaşması gözlənilir. Hələlik dövlət sahibkarla biznesin rəqəmsal transformasiyası üçün hansı formada dəstək verəcəyi barədə metodologiya üzərində işləyir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də sahibkarların rəqəmsal mühitə çıxışını təşviq etmək üçün proqram hazırlayır. Bizim Assosiasiya (AİKTSA) da bu fəaliyyətin içindədir. Rəqəmsallaşma biznes subyektlərinə, şirkətlərə yeni bazarlara çıxmaq, öz əməliyyatlarını optimallaşdırmaq və yaxşılaşdırmaq imkanı verdiyinə görə biznes sahələrinin inkişafını dəstəkləmək potensialına malikdir. E.Abbasovun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Azərbaycanda sahibkarların rəqəmsallığa çıxışı istiqamətindən böyük məbləğdə maliyyələr ayırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya