Əslində baş verən prosesə görə təkcə ailələri, cəmiyyəti qınamaq, günahlandırmaq düzgün deyil
Kişilər məişət zorakılığına məruz qalır
10:22 20.07.2023
Cəmiyyət
473
Sayları hər gün artır
Əslində baş verən prosesə görə təkcə ailələri, cəmiyyəti qınamaq, günahlandırmaq düzgün deyil
Əslində baş verən prosesə görə təkcə ailələri, cəmiyyəti qınamaq, günahlandırmaq düzgün deyil
Azərbaycan toplumunda qadına qarşı zorakılıq halları tez-tez müzakirə olunur, amma rəsmi qurumların söylədiyinə görə, ölkədə məişət zorakılığına məruz qalan kişilərin də sayı az deyil.
Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 - Dəstək Xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. O qeyd edib ki, Dəstək Xəttinə müraciət edən qadınların sayı isə 112-dir: "Daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3 faizi kişilər, 76,7 faizi isə qadınlar tərəfindən edilib".
Psixoloq Cəmilə Rəhimova “Sherg.az"a açıqlamasında deyib ki, kişilərə qarşı törədilən zorakılıq hallarında psixoloji faktorlar üstünlük təşkil edir. Göstərilən statistikadan xeyli çox məişət zorakılığına məruz qalan kişilərin olduğunu qeyd edib. Əslində baş verən prosesə görə təkcə ailələri, cəmiyyəti qınamaq, günahlandırmaq düzgün deyil. Biz cəmiyyətimizdə elə proses, mühit yaratmalıyıq ki, nə kişi, nə də qadın o hala düşsün:
“Birmənalı olaraq, cəmiyyətdə “məişət zorakılığına yox” deyilməlidir və zorakılığa qarşı mübarizə aparılmalıdır. Bütün cəmiyyətlərdə kişilərin zorakılığa məruz qalması ilə bağlı faktlar mövcuddur. Sadəcə, cəmiyyətdə kişilər məişət zorakılığına məruz qaldığını səsləndirməkdən çəkinirlər. Burada söhbət təkcə qadının kişiyə zorakılıq törətməsindən getmir. Ailədə qardaş, ata-oğul, nəvə-baba münasibətləri də var. Məişət zorakılığı həm fiziki, həm də psixoloji olaraq törədilə bilər". Zorakılığın bir çox variantları olduğunu vurğulayan psixoloqun sözlərinə görə, məişət zorakılığı dedikdə fiziki, seksual, hüquqi, psixoloji zorakılıqlar nəzərdə tutulur: "Sadəcə, biz daha çox fiziki və seksual zorakılığa yönəlmişik, digər variantlara isə o qədər də diqqət yetirmirik. Halbuki insanlar təkcə fiziki deyil, həm də bu cür zorakılıqlara da məruz qalır. Bu gün ailələrdə münasibət əvvəlki qaydada tənzimlənmir. Zorakılıq mümkün olan ailələr ilə bağlı tədbirlər görmək lazımdır. Yəni o ailələr ki, risk qrupuna aiddir, mütəmadi olaraq onlara psixoloji dəstək göstərilməlidir ki, məsələ dərinləşməsin. Əvvəllər kişilər çox nadir hallarda məişət zorakılığına məruz qalırdı. Əvvəllər bu cür hallar o qədər də yox idi. Bu gün isə gender bərabərliyi fonunda bir cəmiyyətdə yaşayırıq. Yəni bu gün cinslərarası münasibət başqa cür tənzimlənir. Bu gün çalışan, karyera quran, təhsil alan xanımlar var. Həmin xanımlarla ünsiyyət, davranış əvvəlki illərdə mövcud formada tənzimlənə bilməz. Yəni bu gün konkret olaraq Azərbaycan cəmiyyətində, ailəsində mühafizəkarlıqla liberallığın savaşı gedir. Kişi mühafizəkardır, istəyir ki, daha çox əvvəlki qaydalarla idarə olunsun, biri də bu mövqeyi qəbul etməyən xanımlardır. Şübhəsiz ki, biz bunu bütün xanımlara aid edə bilmərik. Lakin müşahidə edirik ki, bu gün reallıq belədir. Karyera quran, təhsil alan qadın qarşı tərəfdən özünə qayğı, diqqət, düşüncəsinə hörmət istəyir. Dünən isə başqa cür idi, kişi işə gedib, qazanıb evə gətirirdi, qadın isə evdə oturub, evi idarə edirdi. Bu gün qadın həm işləyir, həm də evi idarə edir. Belə olan halda münasibət də başqa cür olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski növbəti danışıqların vaxtını açıqladı
18:50 11.02.2026
Dünya
Qiymətlərin qalxması davam edəcək - İqtisadçı
18:36 11.02.2026
Aktual
İran mediası 21-ci əsrdə, düşüncə isə orta əsrlərdədir - ŞƏRH
18:30 11.02.2026
Gündəm
150-dən çox məktəbə direktor təyin olunur
18:24 11.02.2026
Elm və Təhsil
Ömrünü xidmətə çevirən şəxsiyyət
18:21 11.02.2026
Cəmiyyət
Nəriman "Qarabağ"a təşəkkür etdi
18:17 11.02.2026
Futbol
Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb
18:10 11.02.2026
Dünya
Azərbaycan neytrallığını qoruyacaq - Hərbi ekspert
18:06 11.02.2026
Gündəm
Paşinyan Azərbaycana dəmir yolu üçün fərqli istiqamət təklif etdi
17:52 11.02.2026
Aktual
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNDİ
17:38 11.02.2026
Gündəm
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya