“Koronavirusla ehtiyatsız davranmaq təhlükəlidir! - Ölüm riski...!
Turan
08:51 28.03.2020
Cəmiyyət
844
Hər kəs məsuliyyətini dərk etməli və ölkənin taleyi ilə oynamamalıdır. Dövlət qurumlarının tövsiyyələrinə hökmən əməl etmək lazımdır"
"Kornovirus bəlası özünün böyük təhlükəsi ilə yanaşı həm də hər bir ölkənin, xalqın, ayrı-ayrı insanların bir sıra çatışmaz cəhətlərini üzə çıxardı".
Bunu "Sherg.az"a açıqlamasında sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib.
Professor bildirib ki, virusun kifayət qədər ciddiyə alınmaması problemlərimizdən biridir:
"Bu xüsusiyyətin yaranmasında bir neçə səbəb var. Birincisi, ümumiyyətlə bizim mentalitetdə müəyyən bir səhlənkarlıq hissi var. İkincisi isə vaxtında bu istiqamətdə lazımi maarifləndirmə işlərinin aparılmamasıdır. Üçüncüsü, əhalinin çox etibar etdiyi informasiya mənbələrinin olmamasıdır. Əksəriyyət deyilənlərə hansısa bir təbliğat vasitəsi kimi baxır. Ən əsası isə cəhalətdən doğan "-Allah kərimdir!" düşüncəsidir. Halbuki, "Qurani Kərim" dəfələrlərlə xəstəliklərdən ehtiyatlı olmağı, şüurlu davranmağı tələb edir. Problemli məqamlardan biri də koronavirusun bir oyun olması barədə gəzən şaiyələrdir".
Ə.Qəşəmoğlunun sözlərinə görə, indi vəziyyət tam başqadır:
"Ehtiyatsız olmaq təhlükəlidir. Bu məsələdə risk etmək olmaz. Hər bir nəfər bilməlidir ki, o risk edəndə tək öz həyatı ilə risk etmir. Onun xəstələnməsi başqa yüzlərlə, minlərlə adamın xəstələnməsinə səbəb ola bilər. Ona görə hər kəs bu məsuliyyəti dərk etməli və ölkənin taleyi ilə oynamamalıdır".
Alimin fikrincə, bizim bu sahədə yeni düşüncəmizin formalaşmasına ehtiyac var:
"İndi ən etibarlı mənbə dövlət qurumlarıdır. Çünki, onların hər bir məsələ barədə daha əhatəli məlumatları var. Əgər dövlət qurumları əhaliyə ehtiyatlı davranmağı tövsiyyə edirsə, buna hökmən əməl etmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət