"Koronavirusla zarafat qorxuludur"- Xəbərdarlıqlara tabe olun !
11:39 30.03.2020
Cəmiyyət
1324
Ötən ilin dekabr ayından etibarən Çində başlayan yeni tipli koronavirus artıq bütün dünyaya yayılıb. Bu gün 170-dən çox ölkə koronavirus pandemiyasından əziyyət çəkir. Ölənlərin sayı günü-gündən artır. Qonşu Türkiyədə də vəziyyət ağırdır. Mövcud şəraiti nəzərə alaraq Türkiyənin İç Anadolu bölgəsinin, Niğde vilayətində yaşayan Azərbaycan türkü Kadir Yetiklə həmsöhbət olduq:
"Sherg.az" söhbəti təqdim edir.
- Türkiyədə koronavirusla bağlı vəziyyətə insanlar necə reaksiya verir?
- Xəstəliklə bağlı qorxu bütün ölkəyə hakimdir. Ancaq infeksiyanı ciddi qəbul etməyənlər də var. Xüsusilə gənc əhali koronavirusu komediya məhsulu kimi dəyərləndirir. Hətta bir qrup insan virusun məscidə və ya dinə hücum üçün bir bəhanə olduğu qənaətindədir. Cahil insanların məsuliyyətsizliyi nəticəsində 8 gündə virusa yoluxanların sayı 2.000-i ötdü və ölülərin sayı 40-a yüksəldi. Türkiyədə virusun belə sürətlə yayılmasının əsas səbəbi insanların etinasızlığı və bu laqeyd münasibətə rəğmən hökumətin hələ də sərt qərarlar qəbul etməməsidir. Nəticədə Türkiyə hazırda koronavirusun əsas mərkəzlərindən biridir.
- Koronavirusun Türkiyədə sürətlə yayılmasının səbəblərini nədə görürsünüz?
- Fikrimcə, ilk səbəblərdən biri xalqın xəbərdarlıqlara tabe olmamasıdır. Həmçinin maddi çətinliklərə görə insanlar hələ də çölə çıxıb, çalışmalı olurlar. Belə davam edərsə, Türkiyə bu epidemiyadan ən çox təsirlənmiş bir ölkəyə çevrilə bilər.
- Pandemiya ilə bağlı şəxsi düşüncəniz nədir?
- Türkiyə xalqı koronavirusu çox ciddiyə almadı. Ona görə də yoluxmanın günü-gündən çox artdığını görürəm. Belə getsə yoluxanların sayının 1 ay içərisində 30 minə çatacağını düşünürəm. Ölüm hadisəsinin indiki vəziyyətə nisbətən 3 qat artacağını təxmin edirəm. Hətta, ola bilər, İran və İtaliyanı da keçək.
- Sizcə, koronavirusun dünya üzərindəki təsiri nələrdən ibarətdir?
- Koronavirus əslində insanlara bunu göstərmiş oldu ki, hətta iri dünya dövlətlərində də tibb kifayət qədər inkişaf etməyib. Koronavirus sayəsində bir çox hərbi toqquşmalar, müharibələr və kapitalist hərəkatları dayandı. Nəhəng firmaların öz fəaliyyətini dayandırması kapitalizmin inkişafına mənfi təsir göstərdi.
- Ölkənizdə virusa qarşı hansı tədbirlər görülür?
- Səhiyyə Nazirliyi müəyyən profilaktik addımlar atır. Əhaliyə tövsiyələr verir.
- Bəs insanlar tövsiyələrə necə reaksiya göstərir?
- Əməl edən də var, etməyən də. Tapşırılıb ki, kütləvi yerlərdə toplaşmayın. Xüsusilə dindarlar buna məhəl qoymayaraq məscidlərə gedirlər.
- Azərbaycanlılara nə demək istərdiniz?
- Diqqətli olmaq lazımdır. Koronavirusla zarafat qorxuludur. Bir çox dünya ölkələri indi bu zarafatın cəzasını çəkirlər. Qardaşlarımıza bu çətin sınaq qarşısında möhkəm can sağlığı və həmrəylik arzulayıram.
Əfsanə Atakişizadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya