Masallıda ağır yol qəzasında xəsarət alan 17 nəfərin son durumu açıqlanıb - SİYAHI - YENİLƏNİB-2
10:00 25.12.2023
Cəmiyyət
440
Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alan 17 nəfərin son durumu açıqlanıb.
Masallı Rayon Mərkəzi Xəstəxanasından "Report"un Cənub bürosuna bildirilib ki, onlardan 12 nəfərin tibb müəssisəsində müalicəsi davam etdirilir.
Xəsarət alanlardan 3 nəfər reanimasiya şöbəsinə, 9 nəfər palataya yerləşdirilib, 5 nəfər ambulator yardım göstərilərək evə buraxılıb.
Reanimasiyada olanlardan birinin bel-fəqərəsi sınıb və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, xəsarət alanlar əsasən, Lənkəran rayonunun İsti-su kənd sakinləridir.
Xatırladaq ki, Lənkəran rayon sakini Mailə Bayramova qəzada aldığı xəsarətlərdən ölüb.
12:55
Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:
1. Abdullayeva Rəfiqə Kərəm qızı - 1958-ci il
2. Əhədova Səidə Həmid qızı - 1957-ci il
3. Verdiyeva Mötəbər Mirzəhüseyn qızı - 1961-ci il
4. Əliyeva Təranə Vəli qızı - 1965-ci il
5. Hüseynova Gülümnaz Müəllim qızı - 1956-cı il
6. Əhədova Laləzar Xanış qızı - 1966-cı il
7. Məmmədova Aidə Məmməd qızı - 1960-cı il
8. Paşayeva Zeynəb Şahvəli qızı - 1980-ci il
9. Hüseynova Südabə Hidayət qızı - 1971-ci il
10. Xuduyeva Sahilə Eminağa qızı - 1982-ci il
11. Xuduyeva Aynur Akşin qızı - 2006-cı il
12. Həsənzadə Yağmur Yalçın qızı - 2009-cu il
13. Abbasova Fatimə İsmayıl qızı - 1964-cü il
14. Abdullayeva Zəminə Həmid qızı -1974-cü il
15. Quliyeva Validə Sakit qızı - 1965-ci il
16. Xudiyev Səmidağa Polad oğlu - 1965-ci il
17. Xuduzadə Ellada Akşin qızı - 2007-ci il
Qəza nəticəsində onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların durumunu orta ağır kimi qiymətləndirirlər.
10:54
Dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un cənub bürosuna verilən məlumata görə, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual